Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

Yanvarın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Mediaictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2020-ci il 15 yanvar tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb. Ərizəçinin özünün də iştirakı ilə Komissiya üzvləri tərəfindən aparılan geniş müzakirələr nəticəsində müraciətə dair müvafiq qərar qəbul edilib.

İclasda, həmçinin 8 saylı Binəqədi birinci və 33 saylı Xətai birinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də olunub.

Beynəlxalq və xarici qurumların, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə də baxılıb. Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan rayonŞirvan şəhər sakinlərini qəbul edib.

 

Azərbaycan.- 2020.- 24 yanvar.- S. 4.