M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olmuşlar

 

Yanvarın 23-də Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin təşəbbüsü ilə Bakıda səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri - Beynəlxalq fəaliyyət üzrə direktor Svetlana Qoroxova, Elmi və Tədris işləri üzrə direktor Tatyana Polejayeva, MDB və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, İPR MEDİA-nın baş direktoru Natalya İvanova, İPR MEDİA-nın layihə koordinatoru Vita Kutuyeva və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin Humanitar işlər şöbəsinin müdiri Tamilla Əhmədova Milli Kitabxanada olmuşlar.

Səfər 23-25 yanvar tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə Bakıda keçirilən "Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans çərçivəsində baş tutmuşdur.

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri ilə görüşən Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqlara kitabxana haqqında geniş məlumat verərək kitabxana proseslərinin modernləşdirilməsi və qlobal informasiya məkanına inteqrasiyası, kitabxanada müasir informasiya texnologiyalarının tətbiqi, həmçinin Milli Kitabxananın geniş elektron imkanlarından, kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kitabxana, elektron kataloq, virtual xidmət imkanlarından, habelə kitabxanada həyata keçirilən yenidənqurma işlərindən söhbət açmışdır.

Görüş zamanı Azərbaycan Milli Kitabxanası ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası arasında 2015-ci ildə imzalanmış qarşılıqlı əməkdaşlığa dair müqavilənin aprel ayında Moskvada Xarici Ədəbiyyat Kitabxanasında keçiriləcək Beynəlxalq konfrans çərçivəsində yenilənməsi qərara alınmışdır. Azərbaycan Milli Kitabxanası ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası arasında birgə elektron platformaların yaradılması, elektron kontentlərdən birgə istifadə, kitab, informasiya və qarşılıqlı təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının elektron resurslarından Milli Kitabxananın oxucularının istifadəsi üçün virtual imkanların yaradılması müzakirə edilmişdir.

Qonaqlar Milli Kitabxananın "Nadir KitablarKitabxana muzeyi”, "Kolleksiyaların və informasiya resurslarının mühafizəsi”, "Not nəşrləri və səsyazmaları”, "Mədəniyyət tədbirlərinin təşkili” şöbələrində, oxu zallarında, yeni yaradılmış "Beynəlxalq Əməkdaşlıq Zalı”nda olmuş və kitabxananın sosial-mədəni fəaliyyətləri, istifadəçilərə informasiya xidmətlərinin müasir metodları, elektron kitabxana sistemi, elektron kataloqu, eləcə də virtual xidmətləri ilə yaxından tanış olmuşlar.

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri eyni zamanda Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Açıq Kitabxanada da olmuşlar. Onlar həftənin 7 günügünün 24 saatı fasiləsiz işləyən Açıq Kitabxananın qabaqcıl təcrübəsi ilə yaxından tanış olmuş, burada istifadəçilərə göstərilən elektrononlayn xidmətlər, açıq səma altında təşkil edilən tədbirlər haqqında qonaqlara məlumat verilmişdir. Analoqu olmayan bu layihə qonaqları xüsusilə maraqlandırmış və orada həyata keçirilən tədbirlərin və layihələrin əhəmiyyəti xüsusilə qeyd olunmuşdur. Qonaqlar burada həyata keçirilən "Kitabları yaşadaq” layihəsinin nəinki Rusiya kitabxanaları üçün, habelə dünya kitabxanaları üçün kreativ əhəmiyyətli çox vacib bir layihə olacağını qeyd etmişlər.

Daha sonra Milli Kitabxananın direktoru professor K.Tahirov tərəfindən Milli Kitabxana haqqında 3 dildə yazılmış (Azərbaycan, ingilisrus dillərində) "Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, "Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitablar və Azərbaycanın tarixi və mədəniyyət abidələrini əks etdirən xəritə, milli suvenirlər qonaqlara hədiyyə olunmuşdur.

Qonaqlar Milli Kitabxanadan böyük təəssüratla ayrılmışlar...

 

Azərbaycan.- 2020.- 24 yanvar.- S. 7.