Vətən mücahidləri

 

"Aprel döyüşləri salnaməsi”ndə şəhidlərin ömür kitabları vərəqlənir

 

"...Hər kəsin bir ömür kitabı var. Kimisində o kitabın səhifəsi çox, kimisində az olur. Şəhidlərin ömür kitabının səhifəsi az olsa da, hər sətri dəyərli, mənalıdır: qəhrəmanlıqdan bəhs etdiyi üçün. Onların həyatlarına nəzər saldıqca Vətənimizi daha çox sevirik. Çünki Vətən məhəbbətinin şəhadətə ucaltdığı şəhidlərin sevgisi daha müqəddəsdir…”

Bu sətirlər canını Vətən yolunda qurban verməkdən çəkinməyən şəhidlərimizdən birinin ömürnaməsindən götürülüb. Əslində, bu fikirləri ümumiləşdirərək Manya Səxavətqızı şəhidliyin müqəddəsliyini ifadə edib. "Aprel döyüşləri salnaməsi” - "Vətən mücahidlərikitabında belə dəyərli ibrətamiz fikirlər az deyil.

Yeni nəşrlər sırasına əlavə edilən topluların müəlliflərinin hər üçü gənc xanım yazarlardır. "Vətən mücahidləri” (I II hissə) bədii publisistik toplunu müəlliflər haqlı olaraq "Aprel döyüşləri salnaməsindənadlandırıblar. Burada Aprel şəhidlərinin bir çoxunun qısa şərəfli ömür yollarından söz açılır.

"Vətən mücahidləri”ni araya-ərsəyə gətirən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Zərif kölgələrlayihəsinin həmmüəllifi Gülnarə Sadiq, Manya Səxavətqızı Aysel Nəsirzadədir.

Müəlliflərin hər üçü çətin, lakin müqəddəs bir yolun sonuna gəlib çıxıblar. Həmmüəlliflərdən olan Gülnarə Sadiq deyir: "Aprel zəfərini bizlərə şəhidlərimiz yaşadıb. Saxta erməni mifini darmadağın edən Azərbaycan Ordusu 2-3 günlük əməliyyatda bir daha təsdiqlədi ki, düşmən necə aciz qorxaqdır. Bunu yazmaq, tarixiləşdirmək isə əli qələm tutanların borcudur. Biz bu amalla şəhidlərimizin şərəflə getdikləri yola üz tutduq onların bir dastanlıq qəhrəmanlığının şahidinə çevrildik...”

2016-cı ilin Aprel döyüşlərinin zəfər salnaməsi sayılan "Vətən mücahidləri” (Aprel döyüşləri salnaməsindən) adlı kitabların Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Nərimanov Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə təqdimatı keçirilib. Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər İdman İdarəsinin rəisi Nəcəf Novruzov, layihənin maliyyə dəstəkçisi Bəhruz Məmmədov, şəhid ailələri üzvlərindən Şahin Məmmədov, Nəcibə Axundova, Sabir Mirzəyev, Elçin Əsədli, ilahiyyatçı Ramil Bədəlov, şair-publilsist, DGTYB-nin sədri Əkbər Qoşalı digərləri bildiriblər ki, gənc xanım yazarların ortaya qoyduqları hər iki kitabın dəyəri onların həcmində deyil, səhifələrində ürək yanğısı vətənpərvərliklə qələmə alınan oçerklərdə, şəhidlərimizin müqəddəs ruhlarına həsr edilən şeirlərdədir.

Aysel Nəsirzadə onu da vurğulayıb ki, aylardır gecə-gündüz çəkdikləri zəhmət, nəhayət, öz nəticəsini verdi: "Hər sətrinə göz yaşı daman "Vətən mücahidlərineçə-neçə bizə dəstək olan digər qələm adamlarının da yaxından iştirakı ilə araya-ərsəyə gəldi ki, bu da rəmzi olaraq biz yazarların vətənpərvərlik mövzusunda birliyinin simvoludur. Birlikdə çıxdığımız yolda ən böyük dəstəyi şəhid ailələrindən gördük”.

Tədbirdə Nərimanov Rayon Gənclər İdman İdarəsi yeni təşəbbüs irəli sürüb: "Hər üç xanım yazardan birlikdə bu rayondan Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yoluna işıq salacaq bir kitab yazmalarını istərdik”.

Sonda respublikanın Əməkdar artisti, şəhid ailəsi Aybəniz Haşımovanın quruluşunda təqdim edilən ədəb-bədii kompozisiya tədbir iştirakçılarına kövrək hisslər yaşadıb.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.- 25 yanvar.- S. 5.