Strasburqda AŞPA-nın qış
sessiyası başlayıb
Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildir.
Sessiyada əvvəlcə
AŞPA-nın yeni prezidenti
seçiləcək. Qurumun prezidentliyinə bir namizəd var və o, Belçikadan olan deputat Hendrik
Daemsdir.
Qış sessiyası çərçivəsində
Moldova və Gürcüstanın
prezidentlərinin, eləcə
də Gürcüstanın
Xarici İşlər
nazirinin, Avropa Şurası Nazirlər Komitəsinin sədrinin və baş katibinin çıxışları
gözlənilir.
Sessiyada
"Liviya və Orta Şərqdə son inkişaflar: Avropa üçün hansı nəticələr?” və
"Miqrasiya və Brexit-in nəticələri”
mövzuları, eləcə
də qurumun Nizamnaməsindəki öhdəliyin
üzv dövlətlər
tərəfindən ciddi
pozduğu hallarda Nazirlər Kabineti və Assambleya arasında birgə əlavə proseduralarla bağlı olacaq.
Parlamentarilər media azadlığı və jurnalistlərin təhlükəsizliyinə təhdidlərə,
eləcə də iş yerlərində dini azadlığın müdafiəsinə dair müzakirələr aparacaqlar.
Assambleyada miqrant alveri, qaçqın və miqrant uşaqların oğurlanması, orqan transplantasiyası və alveri kimi mövzular
ətrafında birgə
debatlar təşkil ediləcək.
Azərbaycan deputatları müzakirələrdə
çıxış edəcək,
gündəlikdəki məsələlərə
münasibət bildirəcəklər.
Sessiya çərçivəsində
yanvarın 28-də Azərbaycan
nümayəndə heyətinin
təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə
həsr olunmuş tədbir keçiriləcək.
Qeyd edək
ki, sessiya yanvarın 31-dək davam edəcək.
Azərbaycan.- 2020.- 28 yanvar.- S. 2.