Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir

 

Yanvarın 27-də Təhsil Nazirliyində 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilən mətbuat konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların təhsil sektoruna da müsbət təsirini göstərdiyini, son illər təhsil üzrə strategiya və proqramların qəbul edildiyini, təhsilin inkişafının dövlət siyasətində əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Təhsil naziri diqqətə çatdırıb ki, ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2019-cu ildə 84 yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd etməliyik. Ötən il Fondun təşəbbüsü ilə onlarca məktəb tikilib və təmir edilib. Bununla da ötən ildə 100-ə yaxın məktəb istifadəyə verilib.

Ceyhun Bayramov vurğulayıb ki, 2020-ci ildə də yeni məktəb binalarının tikintisi və təmiri davam etdiriləcək.

Məktəblərdə şagirdlərin sıxlığı məsələsinə toxunan Təhsil naziri məlumat verib ki, nazirlik bununla bağlı ciddi addımlar atıb, məsələ 2020-ci ildə də diqqət mərkəzində saxlanılacaq.

 

Azərbaycan.- 2020.- 28 yanvar.- S. 2.