MSK sədri: Çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin

 

Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, həmin namizədin adının bülletendən çıxarılması üçün addımlar atılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.

MSK sədri deyib ki, namizədin adının seçki bülletenindən çıxarılması mümkün olmasa, Seçki Məcəlləsinin tələbinə görə, onun adının üstündən xətt çəkiləcək. "Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin”,- deyə M.Pənahov bildirib.

Qeyd edək ki, Milli Məclisə parlament seçkiləri fevralın 9-da keçiriləcək.

 

Azərbaycan.- 2020.- 28 yanvar.- S. 3.