Ömrünüzünüçüncü baharı” fərəhlə keçsin

 

BMT-nin Əhali Fondu (BMTƏF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində tədbir keçiriblər.

Tədbirdə layihənin yaşlıların rifahına, daha sağlam və müstəqil həyat sürmələrinə, fəal iştirakçılıq imkanlarına malik olmalarına dəstək məqsədi daşıdığı vurğulanıb. Bu layihə çərçivəsində əhalinin yaşlı təbəqələri ilə mütəmadi məlumatlandırma görüşləri təşkil olunuronlarda fəal iştirakçılığa maraq artırılır.

Sözügedən tədbirdə layihənin icraedici tərəfdaşı "Üçüncü baharİB-nin təmsilçisi Nərmin Qəniyeva, BMTƏF-in layihə meneceri Nailə Cəfərova, təlimçi Elçin Əzimli çıxış ediblər. E.Əzimli özünün "Dan ulduzu” kitabına əsaslanaraq qeyd edib ki, emosional intellekti inkişaf etdirməklə fərdlərarası münasibətlərdə özünəinamın güçləndirilməsinə nail olmaq mümkündür.

Tədbir emosional intellektə dair praktik məşğələlərlə davam etdirilib. Müzakirələrdə dinləyicilər fikir rəylərini bildiriblər.

Qeyd edək ki, BMTƏF Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən bu layihə pensiya yaşına çatmış şəxslərin ömürlərinin sonrakı hissəsində fəal sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici inklüziv tədbir proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində ölkənin ilk fəal yaşlanma indeksinin hazırlanması, yaşlı əhali ilə ölkə boyu ictimai görüşlərin keçirilməsi, fəal yaşlanma ilə bağlı maarifləndirmə təşviqatın aparılması, ahıllar üçün nəzərdə tutulan bir sıra fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

2019-2021-ci illəri əhatə edən layihə "ASAN” xidmət, Dövlət Statistika Komitəsi, DOST Agentliyi "Üçüncü Baharİctimai Birliyi ilə əməkdaşlıq şəraitində icra edilir.

 

Nəzakət ƏHMƏDOVA

 

Azərbaycan.- 2020.- 28 yanvar.- S. 4.