“ASAN xidmət”in fəaliyyətinə dair hesabat təqdim edilib

 

Dünən Elektron Hökumətin İnkişafı Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "ASAN xidmət”in 2019-cu ildəki fəaliyyətinə dair hesabat xarakterli mətbuat konfransı keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev təqdimatla çıxış edərək Dövlət Agentliyinin tabeliyində olan qurumlar üzrə xidmətlərə, o cümlədən "ASAN xidmət”ə 2019-cu ildə daxil olan müraciətlərin bölgüsünə, ictimai rəyin nəticələrinə dair statistik göstəricilər barədə məlumat verib.

2019-cu il ərzində "Elektron hökumət” quruculuğu, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi və startaplara dəstək istiqamətində həyata keçirilən tədbirlər də diqqətə çatdırılıb. Dövlət Agentliyinin sədri, eyni zamanda müvafiq dövr ərzində icra olunmuş müxtəlif sosial layihələr və beynəlxalq əməkdaşlıq, "ABAD” və ASAN könüllülərinin fəaliyyəti sahəsində görülmüş işlər barədə məlumat verib.

Tədbirdə, həmçinin fəaliyyətə başlayacaq yeni mərkəzlərə, elektron xidmətlərə, idarəetmə sistemlərinin təkmilləşdirilməsinə dair gələcək planlar barədə danışılıb.

Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.

 

E.CƏFƏROV

 

Azərbaycan.- 2020.- 29 yanvar.- S. 7.