“Formula-1 Qran-priAzərbaycana verir?

 

2016-cı ildən etibarən Azərbaycanda keçirilən və dünyanın ən çox izlənən idman növlərdən olan "Formula-1 Qran-pri” həm ölkəmizin tanıdılmasına, həm də iqtisadiyyatın inkişafına böyük töhfə verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Nərmin Kazımlı İİTKM-nin saytında bu barədə yazdığı məqaləsində bildirir ki, "Formula-1” Qran-prisi Azərbaycanın görməli və tarixi yerlərinin, istirahət-kurort imkanlarının, mükəmməl mətbəx və gözəl təbiətinin təbliğində, eləcə də ölkənin xidmət sektorunun inkişafında müsbət rol oynayır. Müəllif yazır ki, PwC-nin hesablamalarına görə, son 4 il ərzində Bakıda keçirilən Azərbaycan Qran-prisi ərəfəsində PR kampaniyası çərçivəsində press-relizlər, müsahibələr, şəkil, videoxüsusi tədbirlər vasitəsilə yayılan xəbərlərin bütünlüklə oxunma və baxılma sayı ümumilikdə 296,3 milyon dollar media dəyəri yaratmışdır: "Bundan başqa, turistlərin xərcləmələri, bilet satışları üzrə gəlirlər, F1 işçilərindən əldə edilən ümumi fayda, TV vasitəsilə canlı baxış üzrə əldə edilən qazanc və digər birbaşa, yaxud dolayı gəlirlər əsasında iqtisadi fayda artan templə 500,8 milyon dollar təşkil etmişdir”.

Ümumilikdə 2016-2019-cu illərdə "F1 Qran-prii tədbirinin Azərbaycana ümumi xeyrinin 797 milyon dollar olduğunu nəzərə çatdıran müəllif qeyd edir ki, "Formula-1” bir sıra sahələrdə yeni yerləri yaratmaqla yanaşı, həm illik, həm də mövsümi məşğulluğu artırır. Belə ki, bu yarışlarla bağlı ölkə üzrə 5 mindən çox qısa və ortamüddətli yerləri yaranmış, yarışların keçirildiyi vaxt köməkçi işlərə 3000 könüllü cəlb olunmuşdur.

N.Kazımlı xüsusi vurğulayır ki, ümumiyyətlə, yarım əsrdən artıq müddətdə idman təqvimlərində xüsusi yer tutan "Formula-1” yarışına evsahibliyi etmək mühüm hadisədir: "Dünyanın 200-dən çox məntəqəsində canlı yayımlanan bu yarışlar 635 saatdan çox yayım görüntüləri təmin edir. Ev sahibi bir böyük idman tədbirinin keçirildiyi yer olaraq qlobal tamaşaçı kütləsi qarşısında müsbət rəy formalaşdıra bilir”.

Eyni zamanda belə mötəbər tədbirlərin keçirilməsi ölkəmizin tanıdılması ilə yanaşı, həm də turizm sektorunun inkişafına müsbət təsir edir. Nəticədə təkcə keçənilki yarışlara gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 3,2 milyon nəfər olmuşdur. Onların yalnız bank kartları vasitəsilə apardıqları əməliyyatların ümumi dəyəri 745,7 milyon dollara çatmışdır.

Müəllif onu da qeyd edir ki, "Formula-1”lə yanaşı, müxtəlif beynəlxalq turnirlərin - bədii gimnastika, taekvondo, güləş, boks, karateolimpiya növlərinə daxil olan digər idman yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanı dünyada həm də idman ölkəsi kimi tanıtmışdır. Ölkəmizin beynəlxalq idman yarışlarına evsahibliyi etməsi gənclərdə bu sahəyə marağı artırmışdır.

 

Azərbaycan.- 2020.- 30 yanvar.- S. 6.