“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1605-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1346 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 5, maddə 402; 2010, ¹ 2, maddə 80; 2017, ¹ 7, maddələr 1334, 1337; 2019, ¹ 8, maddə 1389) 2.1-2-ci bəndi ləğv edilsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 yanvar 2020-ci il

 

Azərbaycan.- 2020.- 31 yanvar.- S. 2.