Abşeronun günəşi həm elektrik enerjisi verəcək

 

 

 

Bərpaolunan yeni enerji stansiyasının tikintisi ilə bağlı sənədlər artıq imzalanmışdır

 

 

 

Bütün  dünyada bərpaolunan enerjidən istifadə getdikcə  özünə daha geniş yer alır. Azərbaycanda da bu məsələyə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki  bərpaolunan enerji sahəsinin inkişafı üçün ölkəmizdə  əlverişli şərait mövcuddur.

 

Məlumdur  ki, bu növ enerjinin yaradılmasının əsas mənbəyi günəş küləkdir. Azərbaycan isə dünyada  məhz günəşli ölkə kimi  tanınır. Coşqun Xəzərin sahilində dağlar qoynunda yerləşən ərazilərimizdə  külək enerjisindən istifadə üçün    geniş  imkan var. Bu səbəblərdən  Azərbaycanın  bir sıra  bölgələrində bərpaolunan enerji stansiyalarının tikilməsi gündəmə gəlir.

 

Bu il  aprelin  2-də Prezident İlham ƏliyevQoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqındasərəncam  imzalayıb. Bu, Azərbaycanıyaşıl enerjiməkanına çevirmək  istiqamətində atılan növbəti mühüm  addımdır. Ona görə ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də  ən ümdə istiqamətlərdən biri kimi enerjidən istifadənin genişləndirilməsi müəyyən edilib.

 

Prezident İlham Əliyev həmin vaxta qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasının hədəf kimi  götürüldüyünü bildirib.

 

Dövlət başçısının imzaladığı sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlb edilməsi irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl işlər görülür. PrezidentinBərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr  2019-cu il  tarixli  sərəncamı ilə yaradılmış komissiya  fəaliyyətini uğurla davam etdirir.

 

Xatırladaq  ki, keçən ilin  əvvəlində  Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti ilə  külək    Birləşmiş Ərəb ƏmirliklərininMasdarşirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Bunun üçün PrezidentinEnergetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 29  may  2019-cu il tarixli sərəncamına əsasən, qabaqcadan bərpaolunan enerji sahəsinin inkişafı məqsədilə 10-dək beynəlxalq enerji şirkəti, o cümlədənMasdar”la əməkdaşlıq əlaqələri  yaradılaraq  onların investisiya layihələri ilə bağlı təklifləri hərtərəfli şəkildə təhlil edilib. Yüksək rəqabət şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilib. Sözügedən   şirkətlərlə ötən il yanvarın 9-da bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı icra müqavilələri  həmin  seçim prosesinin nəticəsinə müvafiq  olaraq  imzalanıb.  Layihələrə əsəsən,  tikiləcək stansiyalar  regionda ən böyük günəş külək elektrik stansiyaları olacaq. Ötən  dövr ərzində   tikintiyə  başlanması ilə bağlı  tərəflər arasında  mütəmadi  danışıqlar müzakirələr aparılıb.

 

Prezident  İlham Əliyev  bu il aprelin 2-də imzaladığı sərəncamla  qərara alıb ki, Nazirlər Kabineti  qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə əlaqədarİnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görsün.

 

Aprelin 6-da isə Energetika Nazirliyi Azərenerji” ASC ilə Birləşmiş Ərəb ƏmirliklərininMasdarşirkəti arasında sözügedən  layihə üzrəİnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsiÖtürücü şəbəkəyə qoşulma müqaviləsiimzalanıb.

 

Xarici investisiya əsaslı bu layihə qlobal çağırışlara, ölkə iqtisadiyyatının dayanıqlı şaxələndirilmiş inkişafı, eləcə energetika sektorunda aparılan islahatların məqsədlərinə cavab verməsi aspektində qiymətləndirilir. Energetika naziri Pərviz Şahbazov  bildirib ki, təxminən 200 milyon ABŞ dolları dəyərində günəş elektrik stansiyası üzrə bu müqavilələri imzalamaqla bərpaolunan enerji karbon emissiyaları ilə bağlı hədəflərimizə daha bir addım yaxınlaşırıq. Bakı şəhəri Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası ildə təxminən 500 milyon kilovat/saat elektrik enerjisinin istehsalına, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni yerlərinin yaradılmasına, eyni zamanda, digər investorların yeni layihələrə cəlbinə yol açacaq.

 

BƏƏ-nin sənaye yüksək texnologiyalar naziri, “Masdarşirkətinin İdarə Heyətinin sədri Sultan Ahmed Al Jaber müqavilələr  imzalanarkən videomüraciətlə  deyib: Azərbaycanda bərpaolunan enerji sahəsində ilk layihəmizə başlamaqdan qürur duyuruq. 230 MVt gücündə sənaye miqyaslı günəş enerjisi layihəsi ilə tərəfdaşlığımız yalnız təmiz enerji hədəfinə nail olmayacaq, həmçinin bilik, bacarıq yerləri yaratmağa kömək edəcək”.

 

BBƏ-nin enerji infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui isə ölkəmizin bərpaolunan enerjinin inkişafı istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azaldılması ilə bağlı strategiyasının icrasında iştiraklarına yaradılan imkanlara görə ölkəsi Masdarşirkəti adından  Prezident  İlham Əliyevə təşəkkürünü çatdırıb.     

 

Tikiləcək stansiyanın şəbəkəyə qoşulması orada istehsal olunacaq elektrik enerjisinin satın alınmasıAzərenerji” ASC tərəfindən həyata keçiriləcək. StansiyaCənubyarımstansiyasına qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaq. Bunu isəAzərenerji” ASC-nin prezidenti Baba Rzayev  bildirib.

 

Masdarşirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi Azərbaycanın bərpaolunan enerji sahəsində qəti addımlarla irəlilədiyini belə layihələrlə dünyada iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verdiyini vurğulayıb.

 

Bu mühüm sənədlərin imzalanması gələcəkdə AzərbaycanınMasdar”la əməkdaşlığının davamlı  olacağından, birlikdə  daha çox layihələrin  icra ediləcəyindən xəbər verir. Heç şübhəsiz ki, bu layihələr hər iki tərəf  üçün  faydalı olacaq .

 

 

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2021.- 16 aprel.- S.1; 5.