XİN: Ümid edirik ki, həmsədrlər yeni vəziyyətdə sülhün möhkəmlənməsi istiqamətində mümkün rollarına dair təkliflərini təqdim edəcəklər

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2021-ci il 13 aprel tarixli bəyanatına münasibət bildirib.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Həmsədrlərin öz bəyanatında Azərbaycan, Rusiya Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatının icrası istiqamətində tərəqqini alqışlaması müsbət qiymətləndirilməlidir. Eyni zamanda, qeyd etməliyik ki, həmsədrlərin bəyanatının əksər hissəsi yeni postmünaqişə dövrü üçün ən mühüm məsələlərə deyil, daha çox bir sıra digər fikir elementlərə həsr olunub.

 

Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində yaranmış reallıqda Azərbaycan tərəfinin mövqeyi bəllidir. Bizim prioritetlərimiz sırasına 30 il ərzində davam etmiş münaqişənin təsirinə məruz qalmış ərazilərimizin bərpası, yenidən qurulması yenidən inteqrasiyası, bu proses nəticəsində münaqişənin təsirinə məruz qalmış bütün ərazilərində bərpa ediləcək Azərbaycan Respublikasının konstitusion qaydası çərçivəsində həmin ərazilərdə məskunlaşmış bütün, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının etnik, dini ya digər hər hansı mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqluluğunun təmin edilməsi daxildir. Eyni zamanda, münaqişənin həlli Azərbaycanla Ermənistan arasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında normal əlaqələrin qurulması üçün perspektiv yaradır.

 

Ümid edirik ki, həmsədrlər Azərbaycan Respublikası Prezidentinin çağırışına uyğun olaraq özlərinin yaranmış yeni vəziyyətdə sülhün möhkəmlənməsi istiqamətində mümkün rollarına dair təkliflərini müəyyənləşdirəcək təqdim edəcəklər”.

 

 

Azərbaycan. - 2021.- 16 aprel.- S. 3.