Neftmilyonlar səltənətində

 

İlk Azərbaycan bədii filminin çəkilişindən 105 il ötür

 

Azərbaycan Şərqlə Qərb mədəniyyətlərinin qovuşduğu məkan kimi daim diqqət mərkəzində olub. Böyük İpək yolu üzərində yerləşməsi, burada qara qızılın üzə çıxması uzaq məmləkətlərdən ölkəmizə insan axını yaradıb. Ən diqqətçəkən məqam isə Fransada ixtira edilən sinematoqrafiyanın çox keçmədən Bakıda peyda olması idi. Neft Bakısında yerli həyat tərzindən bəhs edən müxtəlif mövzulu ilk kinosüjetlərin çəkilməsi bir daha Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsi anlamını verirdi. Bildiyimiz kimi, kinonun incəsənət inciləri sırasına çıxarılmasında rejissorun dünyaya və hadisəyə fəlsəfi baxışı, duyumudünyagörüşü mühüm rol oynayır.

1898-ci ildə Bakıda lentə alınan Bibiheybətdə neft fontanı xronikası Azərbaycanda kino sənətinin əsasını qoyub. 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Kino Sərgisində nümayiş etdirilən həmin filmdə, eləcə də sonralar ekranlaşdırılmış əsərlərin ayrı-ayrı epizodlarında böyük sənətkarlıq nümunəsi yaradan səhnə və ekran fədailərinin adları dillər əzbərinə çevrilib. Neftmilyonlar səltənətində, Mavi dənizin sahillərində, Kəndlilər, Arşın mal alan, Babək, Dənizi fəth edənlər, Xəzər neftçiləri haqqında dastans. kimi filmlər xalqımızın yaddaşında özünə yer tutmaqla yanaşı, dünya kinosevərlərinin unutmadığı ekran əsərləri sırasında da yer tutub.

Belə filmlərin sırasına daxil olanlardan biriİbrahim Musabəyovun Neftmilyonlar səltənətində romanı əsasında çəkilmiş eyniadlı ilk Azərbaycan bədii filmidir. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov operator Qriqori Lemberq dəvət edilib.

 

Ərəblinskinin ilk son filmi

 

Azərbaycanda ilk səssiz film kimi yadda qalan Neft milyonlar səltənətindəki yazılı fikirlər Azərbaycan rus dillərində olub. Film neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, mədənlərdə ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırır.

Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Yoxsul kimsəsiz olan Cəlil təsadüf nəticəsində varlı bir neft sahibkarına çevrilir. Təəssüf ki, qəddar, əyyaş neft milyonçusu Lütfəli ilə dostluğu onu müflisləşdirir məhv edir. Filmdə varlı neft sahibkarlarının xoş firavan, yoxsul fəhlələrin isə acınacaqlı həyatı, gecə-gündüz neft mədənlərində işləyib bir parça çörək pulu qazanmaları, bu kimi digər səhnələr tamaşaçıda dövrün ab-havası barədə müəyyən təsəvvürlər yaradır.

Təbiət mənzərələri Bakı ətrafında - Balaxanı, Binəqədi, Zığ sahil kənarında, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib. O vaxtı Balaxanıda neft mədənlərində baş vermiş yanğın da filmə daxil edilib.

Bədii filmin birinci seriyası 1916-cı il may ayının 14-də, ikincisi isə may ayının 27-də ekranlara buraxılıb. Film ilk dəfə Hacı Zeynalabdin Tağıyevin pasajında Fransız elektrobioqrafında göstərilib. Əsas rolları Hüseyn Ərəblinski, Vladimir Lenin, K.M.Piontkovskaya, Regina Lazareva, Yevgeni Muromski, Y.S.Orlitskaya, Y.V.İvanovski, Vladimir Vyazemski N.M.Dobrınin ifa ediblər.

Filmdə Lütfəli bəy rolunu görkəmli Azərbaycan teatr kino xadimi Hüseyn Ərəblinski ifa edib. Bu, həm ilk azərbaycanlı kino artisti hesab olunan Ərəblinskinin çəkildiyi ilk son filmdir. Məşhur tarzən Qurban Pirimov sənətşünas N.Sadıxovla söhbətində bu barədə danışarkən deyib: Filmin Toy Kazinoda şənlik epizodlarında xanəndə Cabbar ilə mən çəkilmişdim. Mən çalırdım, Cabbar (Cabbar Qaryağdıoğlu-red.) oxuyurdu. H.Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı.

Kinorejissor Məmməd Əlili isə o dövrlə bağlı xatirələrində yazırdı ki, 1914-cü ilin axır günləri idi. Cəfər Cabbarlının evinə getmişdim. O, mənə dedi ki, artist Murad Muradov mənə xəbər yollayıb. Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Sonra Cəfər mənə başa saldı ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək: Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Onlar çəkiliş üçün mollaxanalardan uşaq seçəcəklər. Çox güman ki, sizin yanınıza da gələcəklər. Zirək tərpən, fürsəti əldən vermə. Qoy bizlərdən bir artist çıxsın ortaya.

Bir neçə gündən sonra artist Murad Muradov filmin rejissoru Boris Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim.

 

Neft milyonlar səltənətinin taleyi

 

Murad Muradovun, xüsusilə Cəfərin filmi çəkən dəstəyə çox köməyi olmuşdu. Filmin inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdi. C.Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi. Suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə - dörd aya çəkib başa vurdular.

Filmin bukleti M.F.Axundov adına Milli Kitabxananın nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə Azərbaycan rus dillərində filmin məzmunu yazılıb, həmçinin filmdən fotoşəkillər çap olunub.Təəssüf ki, bu əvəzsiz tarixi film yalnız qəzet resenziyalarında bukletlərdə qalıb, günümüzədək gəlib çıxmayıb.

Neft milyonlar səltənətində povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildə Qızıl uçurum adı ilə yenidən ekranlarda nümayiş etdirilib. Quruluşçu rejissoru Fikrət Əliyev olan melodramda Cəlil rolunda Əliabbas Qədirov çəkilib. Lütfəli bəy rolunu isə Hamlet Xanızadə yaradıb.

1983-cü ildə rejissor Fikrət Əliyev Sankt-Peterburqda XIV Ümumittifaq Kinofestivalında bu filmə görə mükafatlandırılıb.

Azərbaycanda kino sənətinin yaradılmasında Bakı elmi fotodərnəyinin katibi, naşir fotoqraf Aleksandr Mişonun əməyi danılmazdır. O dövrlərdə Azərbaycanda kino sənəti yenicə ayaq açdığından həmin süjetləri məhz 25 il Bakıda yaşayıb-yaratmış A.Mişon lentə alıb.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2021.-3 avqust.- S.7.