Bizim müəllim layihəsi” çərçivəsində gənc müəllimlərlə görüş keçirilmişdir

 

AğstafadaBizim müəllim layihəsi” çəçrivəsində öz peşə və bacarıqları sahəsində nailiyyətlər qazanmış bir qrup gənc müəllimlə görüş keçirilmişdir.

Tədbir iştirakçıları öncə rayonun Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişlər.

 Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər təhsil sahəsinə göstərilən yüksək dövlət qayğıkeşliyindən bəhs edərək diqqətə çatdırmışlar ki, Prezident İlham Əliyevin fəaliyyəti onun Ulu Öndərin əsasını qoyduğu mütərəqqi elm və təhsil ənənələrini və yeni dövrün tələblərinə uyğun zənginləşdirdiyini göstərir. Bu gün milli təhsilimizin inkişafı məsələsi öz məzmununu dəyişərək, artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmişdir.

Tədbirdə təhsil sahəsində fərqlənən gənc müəllimlərdən bir qrupuna Ağstafa rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin fəxri fərmanları təqdim olunmuşdur.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2021.- 5 avqust.- S. 6.