Söz fikir azadlığı cəmiyyətimizin demokratik inkişafına xidmət edir

 

KİV üzərində senzuranın aradan qaldırılmasından 23 il ötür

 

Azərbaycanda söz, fikir mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə bütün maneələrin aradan qaldırılması ilə təşəbbüslər demokratikləşmə istiqamətində ilk addımların atıldığı illərə təsadüf edir.

Bəli, yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istək tələbi ilə hakimiyyətə qayıdışından sonra söz fikir azadlığı üçün münbit zəmin formalaşmağa başladı, kütləvi informasiya vasitələri buxovlardan xilas oldular.

Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyinə nail olaraq demokratik inkişaf yolunu seçdi.

Lakin o dövrdə hakimiyyətdə olan iqtidarlar tərəfindən demokratik dəyərlərin bərqərar edilməsi, o cümlədən kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, söz mətbuat azadlığının təmin olunması ilə bağlı demokratik prinsiplərə uyğun heç bir addım atılmadı. Əksinə, 1992-ci il aprelin 12-də prezident səlahiyyətlərini icra edən Y.Məmmədovun fərmanı ilə hərbi senzura tətbiq etmək adı altında mətbuat üzərində nəzarət daha da gücləndirildi. 15 aprel 1993-cü il tarixində isə ölkəyə rəhbərlik edən Ə.Elçibəyin sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyəti tam məhdudlaşdırıldı.

Mətbuata təzyiqlər yalnız senzura ilə bitmirdi. O dövrdə hakimiyyət orqanlarının ünvanına səslənən kiçicik tənqidi fikir belə, jurnalistin fiziki zorakılığa məruz qalması ilə nəticələnirdi.

Bu sahədə vəziyyət Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra müsbətə doğru dəyişdi. Ulu Öndərin başlatdığı demokratik islahatlar mətbuatdan da yan ötmədi. Hüquqi, dünyəvi  demokratik dövlət quruculuğuna başlayan Heydər Əliyevin tarixi xidmətləri nəticəsində ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətində inkişafa doğru əsaslı dönüş yarandı, mətbuat söz azadlığının, fikir plüralizminin əsası qoyuldu. Siyasi həmlələrdən əziyyət çəkən KİV təzyiqlərdən azad oldu. Azad sözün inkişafı məqsədilə KİV-in sərbəst istehsalı   yayımı təmin edildi. Demokratik cəmiyyətin əsas meyarlarından hesab olunan azad sözün fikir azadlığının təmin edilməsini 1995-ci ildə qəbul edilən Konstitusiya hüquqi baxımdan təsdiqlədi.

Cəmiyyətin inkişafında azad sözün rolunu həmişə yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev 1998-ci il avqustun 6-da “Azərbaycan Respublikasında söz, fikir məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqındafərman imzaladı. Söz, fikir məlumat azadlığının qorunması inkişaf etdirilməsi, jurnalist kadrların peşə hazırlığının təhsilinin səviyyəsinin yüksəldilməsi digər məsələlərin yer aldığı fərmana əsasən Nazirlər Kabineti yanında mətbuatda digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Həmçinin Azərbaycan Respublikası Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli 685 saylı fərmanı bütün  informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli 372 saylı sərəncamı qüvvədən düşmüş hesab edildi. Beləliklə, bu fərmanla Azərbaycanda mətbuat üzərindən senzura birdəfəlik götürüldü.

Bu 1875-ci ildəƏkinçiqəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi idi. Fərmanda yer alan məsələlərin icra olunması ölkədə kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı,  söz azadlığı kimi demokratik dəyərin bərqərar edilməsində  mühüm addım oldu.

Fərmanda mətbuatın jurnalistlərin qarşısında dayanan vəzifələrə diqqət yetirildi: Mətbuat televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı geniş ictimaiyyət arasında yayılmasının qayğısına  qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq,  mətbuatın imkanlarından bacarıq məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm mətbuat orqanlarının özləri çox işlər  görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin digər əməkdaşların vətənpərvərliyi, yüksək vətəndaşlıq  məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan  qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqi etik normaların gözlənməsi hər bir jurnalist üçün ən vacib vəzifə  olmalıdır”.

Sonrakı dövrdə qəbul edilən qanunlar ölkədə demokratiyanın möhkəmlənməsinə xidmət etməklə yanaşı, söz mətbuat azadlığının hüquqi bazasını daha da möhkəmləndirdi. 2000-ci ildə Mətbuat İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı.  Ulu Öndər Heydər Əliyevin KİV-in inkişafı sahəsində atdığı addımların nəticəsi kimi mətbuatın maddi-texniki maliyyə bazasını möhkəmləndirmək üçün mühüm qərarlar qəbul edildi, güzəştlər tətbiq olundu. Ayrı- ayrı qəzetlərin dövlət orqanlarına olan borcları donduruldu.

Mətbuatın demokratik dəyərlər əsasında inkişafı bu gün ölkədə həyata keçirilən uğurlu siyasətin göstəricilərindən biridir. Mətbuatımızın qabaqcıl mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir.

Bütün bunların nəticəsidir ki, Azərbaycanda istənilən təşkilat, partiya ayrı-ayrı şəxslər maneəsiz qəzet təsis edə istədiyi mövzuya toxuna bilər. Hər bir media qurumu KİV haqqında qanunvericiliyə uyğun olaraq sərbəst fəaliyyət həyata keçirir. Dünyanın heç hər yerində bu cür demokrtik qaydalara rast gəlmək mümkün deyil. Bütün bunlar təsdiq edir ki, Azərbaycanda söz mətbuat azadlığı tam təmin olunub.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2021.-6 avqust.- S.1; 5.