Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Növbəti qızıl medal sevincini bizə bəxş etdikləri üçün Dürsədəf Kərimovaya, rekordçularımız Həmid Heydəri və Elvin Astanova təşəkkür edir, onları qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”.

 

 

Azərbaycan.-2021.- 31 avqust.- S.1.