Nasist hərbi cinayətkarların sonu

 

 

Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarları mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə təklif irəli sürmüşdü. İkinci Dünya müharibəsinin səbəbkarlarının beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməli olduqlarını Sovet İttifaqının rəhbəri İosif Stalin dəfələrlə bildirmişdi.

 

Çörçil bu fikirdə idi ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. ABŞ-ın prezidenti Ruzveltə görə isə prosedur çox hüquqi olmamalı, məhkəməyə müxbirlər, fotoqraflar buraxılmamalı idi.

 

1945-ci ilin iyun-avqust aylarında keçirilən London konfransında İkinci Dünya müharibəsində qalib gələn dövlətlər Beynəlxalq hərbi tribunalın yaradılması barədə razılığa gəldilər. Həmin il avqustun 29-da əsas hərbi cinayətkarların siyahısı dərc olundu.

 

Məhkəmə Almaniyanın Nürnberq şəhərində keçirildiyi üçün bu adla adlandırıldı. Məhkəmədə Nasional Sosialist Alman Fəhlə Partiyası “insanlığa qarşı cinayət, müharibə cinayəti, dünyada sülhə qarşı işlənən cinayət və müharibəyə səbəb olmaq” cinayətlərindən mühakimə edildi. Dünyada sülhə qarşı işlənən cinayət tərəfindən ilk dəfə bu məhkəmədə iddia qaldırıldı.

 

Hər bir müttəhim məhkəmə prosesinə bir ay qalmış ittiham materialları ilə tanış oldu. Həmin materialla tanış olduqdan sonra, 1945-ci il oktyabrın 25-də nasist partiyasının funksioneri Robert Ley özünə qəsd etdi. Nasist hərəkatına xeyli maddi yardım göstərmiş Qustav Kruppun isə demək olar ki, bəxti gətirdi. O, səhhətindəki problemlərə görə məhkəmə prosesi başlamamış azad edildi. Siyahıda adı olan digər müttəhimlər hakim qarşısına çıxarıldı.

 

London sazişinə əsasən, beynəlxalq hərbi tribunal dörd dövlətin - ABŞ, SSRİ, Böyük Britaniya və Fransanın nümayəndələrindən təşkil olundu. Məhkəmənin sədri britaniyalı hüquqşünas Ceffri Lourens idi. Tribunal 217 günə yekunlaşdı. Ümumi olaraq 24 min saat ərzində 403 dinləmə keçirildi. İclas stenoqramları yazılmış sənədlərin hündürlüyü 10 metr idi. Arxivə

 

3 milyon sənəd və uzunluğu 2400 metr olan kinolent göndərildi. Çoxsaylı şahid ifadələri, əsir düşərgələrinin sakinləri, fotokino sənədlərdən sübut kimi istifadə olundu. Həmçinin ittiham olunanlar tərəfindən imzalanmış və yazılmış əmrlər, raportlar da sübut kimi istifadə edildi.

 

Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayandı.

 

Hökm 1946-cı il sentyabrın 30-da və oktyabrın 1-də oxundu.  Herman Gorinq,  İoahim fon Ribbentrop, Vilhelm Keytel, Ernst Kaltenbrunner, Alfred Rozenberq, Hans Frank, Vilhelm Frik, Yulius Ştrayxer, Martin Borman, Frits Zaukel, Alfred YodlArtur Zeys-İnkvart asılmaqla ölüm cəzasına məhkum olundular. Hans Friçe, Frans fon Papen Yalmar Şaxta bəraət verildi. İttiham olunan digər müttəhimlər barədə müxtəlif həbs cəzaları üzrə hökm oxundu.

 

Azərbaycan.-2021.- 29 avqust.- S.6.