SDU-daNizami Gəncəvi ili” çərçivəsində kitab sərgisi keçirilib

 

Sumqayıt Dövlət Universitetində (SDU) Nizami Gəncəviyə həsr olunmuşSözün gücü - Nizami dühası” adlı kitab sərgisi keçirilib.

Universitetin  elmi və şəhərin Səməd Vurğun adına mərkəzi kitabxanalarının birgə təşkil etdiyi tədbirdə SDU-nun müəllimləri, tələbələri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Sərgidə Nizami Gəncəvinin məşhur “Xəmsə”sinə daxil edilən poemalarşair haqqında yazılmış əsərlər iştirakçılara təqdim olunub. SDU Elmi Şurasının qərarı ilə şairin anadan olmasının 880 illik yubileyi çərçivəsində çap olunanEşqidrak şairi” adlı məqalələr toplusuFilologiya fakültəsinin müəllimi Afaq Qəniyevanın “Nizami Gəncəvinin musiqi dünyası” adlı kitabı da həmin əsərlər arasında yer alıb.

Tədbirdə həmçinin universitetin müəllim və tələbələri şairin şeirlərini söyləmiş, əsərləri əsasında tamaşalar göstərilmiş, Nizami yaradıcılığının müxtəlif dövrləri müzakirə olunmuşdur.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2021.-11 dekabr.- S.6.