Şanlı irsin layiqli davamı

 

Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını fəaliyyətində daim rəhbər tutur

 

Cəmiyyətdə mühüm siyasi prosesləri istiqamətləndirən, hadisələrin fövqündə dayanmaqla tarixi inkişafın gedişini əvvəlcədən müəyyənləşdirən böyük siyasi liderlər ölkəsinin ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər.

Müəyyən zaman kəsiyində tarixi inkişafın diktə etdiyi ictimai-siyasi şərait bu şəxsiyyətlərin nəyə qadir olduğunu üzə çıxarır. Belə taleyüklü məqamlarda bir daha təsdiqlənir ki, əsl siyasi lider daim öz cəsarəti, çevikprinsipial qərarları, ən çətin vəziyyətlərdən optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir.

Dünya tarixini, bəşər sivilizasiyasını yaradan ən mühüm amilta qədim dövrlərdən bəri öz xalqına, millətinə, ümumiyyətlə, bəşəriyyətə xidmət edən dahilərin ideyaları və əməlləri ilə bağlı olmuşdur. Ulu Öndər Heydər Əliyev məhz belə liderlərdən biri kimi daim ehtiramla anılır.  Xalqımız minilliklər boyu qazandığı möhtəşəm nailiyyətləri, tarixi dövlətçilik ənənələrini məhz Ümummilli Liderin hakimiyyəti dövründə təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını və özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir.

Müstəqil Azərbaycan, möhkəm özülə söykənən dövlətçiliyimiz, dünyaya açılan qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, nurlu yol - bunlar təbii ki, bizə qalır. Bu reallıqların hər birində Ulu Öndər Heydər Əliyevin sözü və imzası var. Bizlər hər addımda bu fenomen şəxsiyyətin nəcib əməllərinin gerçək nəticələri ilə qarşılaşır və onun öz xalqına, dövlətinə böyük sevgisinin şahidi oluruq.

Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq həyatda praktiki tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir. 2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxahhumanist insani dəyərlərə tapınaraq böyük rəhbərin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl aparır.

 

Dəyərlərin əzəməti

 

Heydər Əliyev Fondunun yaradılması cəmiyyətin ictimai həyatında yeni bir mərhələ oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Ulu Öndərin ideyaları işığında belə bir qurumu formalaşdırdı və onun öz məramlarına uyğun fəaliyyəti üçün məxsusi bir yol seçdi. Bu nüfuzlu qurum böyük şəxsiyyətin dövlətçilik irsinə xidməti təkcə nəzəri tədqiqatlar səviyyəsində məhdudlaşdırmadı. Hər hansı maarifləndirici tədbirlərlə, elmi-kütləvi aksiyalarla fəaliyyətini tamamlanmış saymadı. Fond Heydər Əliyev irsinə xidməti həm də real əməllərdə göstərdi və hazırda da bu uğurla davam etdirilir. Qurum Ümummilli Liderin ideyalarını xalqımız, ölkəmiz və ümumiyyətlə, dünya üçün böyük əhəmiyyətini dərk edərək dövlətimizin apardığı inkişaf siyasətinə dəstək olan çoxşaxəli layihələrlə yaşadır.

Heydər Əliyev ideyalarının təməlində insana xidmət durur. Hər bir kəsin inkişafına çalışmaq, mükəmməl şəxsiyyət yetişdirmək, onun qayğılarına, problemlərinə həssaslıqla yanaşmaq qayəsi əks olunur. Bütün bu ideyalar fondun fəaliyyətinin ana xəttinə çevrilib. Nüfuzlu qurum çox qısa zamanda milyonlarla insanın ümid qapısı oldu. Vətəndaşlara həssas münasibəti, hər birimizin qəlbimizdən xəbər verən mədəni, humanitar, sosial layihələri ilə, problemlərin həlli üçün formalaşdırdığı effektiv mexanizmlərlə cəmiyyətimizin böyük ehtiramını qazandı. Fond ölkəmizin və müasir dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət edən innovativ təşkilatlarından biri kimi tanındı. Təhsil, mədəniyyət, səhiyyə, idman, elmtexnologiya, ekologiyasosial sahələrdə ölkəmiz, cəmiyyətimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən miqyaslı layihələri ilə dövlətimizin apardığı inkişaf siyasətinə mühüm töhfələr verdi. Azərbaycanın bu günü və gələcəyi ilə bağlı parlaq ideyaların mərkəzinə, düşüncə və əməl qaynağına çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərin sırasını daha da genişləndirdi.

İndiyə qədər Heydər Əliyev Fondunun gördüyü işlər haqqında çox qiymətli fikirlər deyilib, onun nailiyyətləri yüksək qiymətləndirilib. Ən yüksək qiymətlərdən biri isə Azərbaycan Respublikasının Prezidentinə məxsusdur: “Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fondfondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür...”

 

Xoş əməllər, saf niyyətlər, işıqlı örnəklər

 

Heydər Əliyev Fondu bu illər ərzində öz fəaliyyəti ilə nəinki Azərbaycandakı ictimai qurumlar, ümumən dünyada eyni məqsədlərlə fəaliyyət göstərən təsisatlar üçün mükəmməl bir nümunə formalaşdırdı. Qısa müddətdə cəmiyyətdə böyük rəğbət yaradan heyrətamiz nəticələr, real əməllər ortaya qoymağa başladı. Təqdimatı günü irəli sürülən məqsədlərdən, yaratdığı gözləntilərdən daha çoxuna nail oldu və olmaqdadır.

Heydər Əliyev Fondu Ulu Öndərin irsinə əsaslanaraq ümumən bəşəriyyətin xoşbəxtliyinə, inkişafa və insanların rifahına hədəflənmiş möhtəşəm layihələr həyata keçirir. Sivilizasiyalar arasında dialoqun təşviqinə, multikulturalizm, tolerantlıq dəyərlərinin bütün dünyada yayılmasına, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin dərinləşməsinə töhfə verir. Təsadüfi deyil ki, 2008-ci ildən Azərbaycanın təşəbbüsü ilə başlanan, bütün dünyada sülhə, mədəniyyətlərin təmasına, bəşəriyyətin gələcək inkişafına xidmət edən  “Bakı prosesibu gün BMT də daxil olmaqla dünyanın mötəbər qurumları tərəfindən ən layiqli qiymətini alır. Bu prosesin başlanmasında və uğur qazanmasında “Bakı prosesi” çərçivəsində ölkəmizin evsahibliyi etdiyi beynəlxalq forumların, dünyanın tanınmış düşüncə adamlarının müzakirə platformalarının təşkilində fondun fəaliyyəti xüsusilə diqqətəlayiqdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2012-ci ildə Bakıda keçirilmişAvroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi, 2015-ci ildə Azərbaycanda təşkil olunan möhtəşəm I Avropa Oyunları, 2017-ci ildə ölkəmizin evsahibliyi ilə İslam Həmrəyliyi Oyunları heç zaman unudulmayan əlamətdar hadisələrdir.

Qurumun çoxşaxəli fəaliyyətinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədərdir: fond təkcə milli-mənəvi dəyərlərin, qeyri-maddi irsin beynəlxalq aləmdə təbliğini deyil, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşmasını, bu sahələrdə səylərin birləşdirilməsini əsas götürür. Sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə xüsusi diqqət yetirir.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun geniş əhatəli fəaliyyətinin mühüm məqamları kimi müasir tariximizə unudulmaz səhifələr yazmışdır.

Hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı layiqli şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Bu baxımdan fond qısa müddət ərzində həyata keçirdiyi böyük layihələrlə dövlətin elm və təhsil strategiyası çərçivəsində qarşıya qoyduğu bir sıra vacib məsələlərin gerçəkləşdirilməsinə töhfəsini vermiş oldu. Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını böyük uzaqgörənliklə söyləmiş Ulu Öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq onların reallaşdırılmasına çalışan fond fəaliyyəti müddətində cəmiyyətdə maarifçilik xəttinin gücləndirilməsinə təkan verdi.

Bu sahəyə yönələn diqqət və qayğının hansı məqsəddən qaynaqlandığını, xalqın, dövlətin gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Elmin, təhsilin dinamik inkişafı, milli-mədəni irsin mənfi təsirlərdən qorunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetiş-məsi yolunda məqsədyönlü işlərin görülməsi, ilk növbədə, milli ruhlu, həqiqi vətənpərvərlikdən irəli gəlir.

Xüsusi qeyd olunmalıdır ki, fondun maarifçilik sahəsindəki fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş UNESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək geniş bir  spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmuş, rəğbətlə qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmiri və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər son dərəcə təqdirəlayiqdir. Qurumun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmasına, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texnikiintellektual zəmin formalaşdırılmasıdır.

Fondun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur.  Dünya standartlarına cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşlar. Heydər Əliyev Fondu belə yüksək göstəricilərə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən biridir.

Fondun fəaliyyət fəlsəfəsinin əsasında çox sadə bir ideya, əməl durur: insanlara yaxşılıq! Xoş əməllərlə dünyada çox şeyi yaxşılığa doğru dəyişdirmək mümkündür. İndiyədək reallaşdırılan layihələrdə bu amil aparıcı yerdə durur.

 

Mədəniyyətin gücü

 

İnsanın sürət əsrində bəlkə heç özü də fərqinə varmadan itirdiyi çox şeylər var. Yüksək insani hissləri bəzən saxta dəyərlər əvəz edir. Dünya mədəniyyətinin min illər ərzində misilsiz sərvət kimi cilaladığı mədəni dəyərlərin, təkrarsız yaradıcılıq nümunələrinin yerini kütləvi mədəniyyətin bəsit nümunələri tutmağa başlayır. Qarşısıalınmaz qloballaşma dalğaları üzərində üstümüzə ayaq açan yabançı həyat tərzi cəmiyyətdə böyük idealların ucuzlaşmasına, insanlar arasında mənəvi uçurumun dərinləşməsinə gətirib çıxarır.

Belə bir zamanda milli ənənə və dəyərlərin qorunub saxlanması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, mədəniyyətin, incəsənətin inkişafı və dünyada təbliği, cəmiyyətin mənəvi-intellektual intibahı üçün əzmkar işləri fondun fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir” deyən Mehriban xanım Əliyeva fondun fəaliyyəti ilə dünyanı bu qlobal təsirdən qorumağa çalışır. Əsl dəyərlərə sahib çıxır. Onların dünyanın hər yerində öz yerini tutması üçün böyük fədakarlıqlar göstərir. Bu baxımdan Heydər Əliyev Fondunun layihələri mədəniyyət məcrasında aparılan işlərin sırasını, əhatəsini daha da genişləndirir. Milli muğamlarımızın öyrənilməsi və təbliği ilə bağlı qurumun fəaliyyəti qürur doğurur.  Azərbaycanın musiqi incilərinin dünyada təbliği istiqamətində aparılan işlər hamımızı sevindirir.  Xaricdə milli mədəniyyətimizin tanıdılmasınə və təbliğinə xidmət edən tədbirlərin, təqdimatların, aksiyaların təşkili ictimaiyyət tərəfindən maraqla qarşılanır. Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov kimi dahilər yetirmiş Azərbaycan xalqı bu tədbirlər vasitəsilə gənc nəslin istedadlı nümayəndələrini də dünyaya tanıtmaq imkanı qazanır.

Fond Heydər Əliyev irsinin təbliğini əsas tutaraq bununla böyük bir tarix yaradır.

 

Davam edən tarixi missiya

 

Heydər Əliyev bütün şərəfli və zəngin ömrü boyu Azərbaycanın milli-mənəvi dəyərlərinin böyük himayədarı olmuşdur. Ulu Öndərin bu sahədə qoyduğu ənənələr müqəddəs bir miras kimi yenə də yaşadılır, qorunur.

Bu gün Prezident İlham Əliyevi bu dəyərlərin ən qüdrətli mühafizəçisi kimi görürük. Dövlət başçısının liderliyi ilə xalqımız son onilliklərdə çox nailiyyətlər əldə etmiş, çox hədəflərə nail olmuşdur. 27 sentyabr 2021-ci il tarixində başlanan Vətən müharibəsi ilə torpaqlarımızı düşmən tapdağından azad etdik. Təxminən 30 ilə qədər sürən işğala son qoyduq, ədalətin zəfərinə nail olduq. Çətin yolun sonundakı qələbə bunlardan ən mühümü, tarixi oldu. Əslində bu yol Ulu Öndər Heydər Əliyevin respublikada hüquqi dövlət quruculuğuna, nizami ordunun formalaşdırılmasına, ölkənin sosial-iqtisadi həyatının axarına düşməsinə doğru ilk addımların atıldığı günlərdən başlamışdı. Prezident İlham Əliyevin hər diplomatik uğuru, hər möhtəşəm sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu qələbəyə doğru yaxınlaşdırırdı. Vaxtilə əlçatmaz, müqəddəs bir arzu dövlətimizin israrla həyata keçirdiyi müdrik siyasətin şərəfli nəticəsinə, böyük zəfərə, qələbəyə çevrildi.

Hazırda Heydər Əliyev Fondu işğaldan azad edilmiş torpaqlarımızda bərpa layihələri ilə buradakı abidələrimizə yeni ömür bəxş edir. Şuşada keçirilən və möhtəşəm tarixi anları ilə milyonlarla dünya azərbaycanlısının yaddaşına yazılan “Xarı bülbül” festivalı bu torpaqların xoşbəxt günlərinin daha bir müjdəsi idi. Fond tərəfindən Vaqif Poeziya Günləri ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edildi. Heydər Əliyev Fondu tərəfindən Üzeyir bəy Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlər üzrə  xüsusi layihə hazırlanıb həyata keçirilir.

Xeyirxah əməllər Azərbaycan xalqının tapındığı yüksək milli-mənəvi dəyərlərdən irəli gəlir. Cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir. Şübhə yoxdur ki, fond ən müxtəlif sahələrdəki fəaliyyətini bundan sonra da davam etdirəcək, Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə öz layiqli töhfəsini verəcəkdir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2021.- 12 dekabr.- S.8.