Qlobal istiləşmə həyatımızı necə dəyişir?

 

BMT Arktikada qeydə alınan yeni temperaturu həyəcan siqnalı adlandırır

 

2020-ci ilin yayında Verxoyanskda Arktika üçün ən yüksək temperatur - Selsi üzrə 38 dərəcə isti qeydə alınıb. Bunu dekabrın 14-də Ümumdünya Meteoroloji Təşkilatı təsdiq edib.

 

2021-ci ildə Saxada meşə yanğınları güclənib

 

Qütb dairəsindən 115 kilometr şimalda yerləşən Rusiyanın Verxoyansk şəhərində  2020-ci il iyunun 20-də havanın temperaturu Selsi şkalası ilə +38 dərəcə olub. BMT-nin Ümumdünya Meteoroloji Təşkilatı (ÜMT) xəbər verir ki, bu, Arktika üçün yeni temperatur rekordudur.

Təşkilatın saytında bildirilir ki, cari ilin yayında Sibirin Arktika zonasında orta temperatur normadan 10 dərəcə çox olub. Nəticədə Saxa Respublikasında (Yakutiya) təbii yanğınlar güclənib, dəniz buzu əriməyə başlayıb.

 ÜMT-nın baş katibi Petteri Taalas bildirib ki, Arktika üçün yeni olan bu rekord təşkilatın ekstremal meteorolojiiqlim hadisələri barədə məlumatlar arxivinə daxil edilmişiqlim dəyişikliyinin həyəcan siqnalına çevrilmiş müşahidələr seriyasında növbəti göstəricidir.

 

Temperatur rekordları

 

P.Taalasın dediyinə görə, 2020-ci ildə həm də Antarktika qitəsi üçün yeni temperatur rekordu qeydə alınıb - 18,3 dərəcə. İndi ÜMT daha iki temperatur göstəricilərini yoxlayır. Ötən il Kaliforniyadakı “Ölüm vadisi”ndə qeydə alınmış 54,4 və bu yay İtaliyanın Siciliya adasında qeydiyyatdan keçmiş 48,8 dərəcə isti olub. Bu göstəricilər müvafiq olaraq bütün dünyaAvropa üçün rekord kimi tanına bilər.

Bildirilir ki, ÜMT-nin ekstremal meteorolojiiqlim hadisələri haqqında məlumat arxivi hələ heç vaxt eyni zamanda bu sayda tədqiqatlar aparmayıb.

Sayı daim artan müxtəlif təbii fəlakətlərin fonunda təsəvvür yarana bilər ki, dünya təbii kataklizmlər qarşısında acizdir. Lakin bu, belə deyil. Quraqlıq və daşqınlar göstərir ki, istiləşmə dərəcəsini hətta ondabir hissədə azaltmaq mümkün olarsa, bu, milyonlarla insanı xilas edəcək. Bununla yanaşı, cox böyük sahələr dağılmaqdan, xeyli sayda bitkiheyvan növləri məhv olunmaqdan müdafiə olunacaq.

İqlimin dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun (IPCC) son hesabatına əsasən, sənaye inqilabından bəri Yer kürəsində orta temperatur 1,07 faiz artıb. Bunun fəsadları artıq indidən hiss olunur.

 

Okean səviyyəsinin 10 sm qalxması milyonlarla insan həyatını təhlükəyə atacaq

 

İqlimin dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun məlumatına görə, dünya okeanının səviyyəsi 20 santimetr qalxıb. İlk baxışdan burada elə bir təhlükə yoxdur. Ancaq bunun fəsadları bütün dünyada insanları evlərini tərk etməyə məcbur edir. Məsələn, Banqladeşdə yüz minlərlə insan daşqın səbəbindən evlərindən məhrum olmuş və ölkənin digər yerlərinə köçmək məcburiyyətində qalmışdır.

Digər bir kədərli hadisə Almaniyanın qərbindəki Ar vadisində baş vermişdi. Orada daşqın nəticəsində yüzdən artıq insan həlak olmuş, onlarca yaşayış məntəqəsi və infrastruktur obyektləri dağılmışdı.

 İqlim dəyişikliyinə dair məlumatları təhlil edən Britaniyanın “Carbon Brief” saytı xəbər verir ki, hətta Yer kürəsində temperatur cəmi 1,5 dərəcə qalxsa belə bu, dünya okeanının səviyyəsinin 48 santimetr, 2 dərəcədə isə 56 santimetr qalxmasına səbəb olacaq. Dünya okeanının səviyyəsinin yüksəlməsi ilə bağlı məlumatları toplamaq üçünCarbon Brief” 70 elmi araşdırmanın nəticələrini təhlil edərək qiymətləndirib. Onların hamısı dərc olunana qədər müstəqil ekspertlər tərəfindən yoxlanılıb.

Məlum olub ki, hətta dünya okeanının səviyyəsinin 8 santimetrlik qalxması belə milyonlarla insanın doğma yerlərini tərk etməsi ilə nəticələnəcək. IPCC-nin hesablamalarına görə, əgər bu göstərici 10 santimetr təşkil edərsə, nəticələr bütün dünyada təxminən 10 milyon insana təsir edəcək.

 

Temperaturun yüksəlməsi yağıntıların miqdarının artmasına səbəb olacaq

 

Bəşəriyyət sənaye inqilabına qədər 10 ildə bir dəfə ekstremal yağıntılarla üzləşib. IPCC-nin hesabatına görə, indi leysan yağışları 30 faiz olurtez-tez müşahidə edilir. Planetdə temperaturun 1,5 dərəcə yüksəlməsi ilə artım 50 faiz təşkil edəcək ki, bu da havanın rütubətliyinin 10,5 faiz çoxalmasına səbəb olacaq. Əgər temperatur 2 dərəcə qalxsa, ekstremal hava şəraiti sənaye inqilabından əvvəl olduğundan 70 faiz tez-tez müşahidə olunacaq. Havanın rütubəti isə 14 faiz artacaq.

Bundan əlavə, Yerdəki temperaturun 1,5 dərəcə artması ilə daşqınların və sunamilərin vura biləcəyi iqtisadi zərər indi olduğundan 3,5 dəfə, 2 dərəcədə  isə 5 dəfə yüksək olacaq.

BMT-nin məlumatına görə, yaxın illərdə bütün ölkələrdə təcili tədbirlər həyata keçirilməsə, yüzilliyin sonuna qədər  planetimizdə orta temperatur 2,7 dərəcə yüksələcək.

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2021.- 16 dekabr.- S.8.