“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 685; 2012, ¹ 3, maddə 197, ¹ 4, maddə 289, ¹ 6, maddə 532; 2016, ¹ 1, maddə 76, ¹ 11, maddələr 1804, 1828, ¹ 12, maddə 2086; 2017, ¹ 7, maddə 1360, ¹ 10, maddə 1800, ¹ 12 (I kitab), maddə 2313; 2018, ¹ 2, maddə 216, ¹ 12 (I kitab), maddə 2545; 2019, ¹ 5, maddə 848, ¹ 7, maddə 1229, ¹ 8, maddə 1398; 2020, ¹ 5, maddə 549, ¹ 7, maddə 868, ¹ 11, maddə 1362, ¹ 12 (I kitab), maddə 1469; 2021, ¹ 6 (I kitab), maddə 571) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.2.3-cü bənddə hər dörd halda “məktəbəqədər təhsil müəssisələri” sözləri “uşaq evləri” sözləri ilə əvəz edilsin.

2.2.9-cu bənddə hər dörd halda “məktəbəqədər təhsil müəssisələrinin” sözləri “uşaq evlərinin” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 dekabr 2021-ci il

 

Azərbaycan. - 2021.- 21 dekabr.- S.7.