qürurluymuş qalib olmaq

 

Sonuncu qərinənin əvvəlindəki və sonundakı iki Azərbaycan bir-birindən elə fərqlənir ki, onları müqayisə etmək həm mümkün deyil, həm də yersiz görünür. Lakin bu müqayisə bizə imkan verir ki, Prezident İlham Əliyevin dövlət başçısı, Ali Baş Komandan və sərkərdə kimi 30 il əvvəlki rəhbərlərdən nə ilə fərqləndiyini və hansı üstünlüklərə malik olduğunu, yeni tarix yazmaq gücünü bir daha dərk edək.

Yeni ili qarşılamağımıza sayılı günlər qalır. Bir qədər öncə isə möhtəşəm qələbəmizin birinci ildönümünü fəxarətlə qeyd etdik. Amma tarixi 30 il geri vərəqləsək, aramsız faciələrin məngənəsində boğulan acı keçmişimizlə üzləşəcəyik. Biz onda kim idikindi hansı yüksək dəyərlərin sahibiyik?! Bir igidin ömründən də artıq olan bu zaman kəsiyinin əvvəlində və sonunda baş verənləri müqayisə etmək, faktlara və hadisələrə zamanın ucalığından nəzər salmaq vacibdir. Bu gün qədərindən artıq qütbləşən və siyasiləşən dünyada bir dövlət kimi yerimizimövqeyimizi təyin etməli, hansı məğlubiyyətlərin uçurumlarından hansı ucalıqlara kimin sayəsində yüksəlməyimizin fərqinə varmalıyıq.

Keçmişin acınacaqlı dərslərindən ibrət almaq, gələcəyə istiqamətlənmək və bu zaman yanılmamaq, böyük güclərin əlində oyuncağa çevrilməmək üçün 1990-cı illərlə 2020-ci illərin arasındakı təzadları və fərqlərin mahiyyətini anlamaq gərəkdir. Bu iki dövr arasında müəyyən müqayisələr aparanda iki Azərbaycan görürük. Birincisi, qan içində boğularaq hər gün torpaqlarını itirən ümidsiz gənc müstəqil ölkə, ikincisi isə, düşməni 44 günə məğlub edib diz çökdürən oturuşmuş dövlət. Qətiyyətli Prezident, əzəmətli ordunun qüdrətli sərkərdəsi kimi bizi bu səviyyəyə İlham Əliyev çatdırmışdır!

44 günlük müharibədəki qələbəmizin ən vacib şərtlərindən biri iqtidarla xalq birliyi oldu. O birlik ki, 90-cı illərdə olmamışdı. Əvəzində həmin illərdə torpaqlar getdikcə, rayon arxasınca rayon işğal olunduqca bütün xalq bədbinliyə, ümidsizliyə qapılır, heç kimbaş verdiyini anlamır və hamı bir-birini ittiham edirdi.

Vətən müharibəsində isə Ali Baş Komandan Azərbaycan xalqını “dəmir yumruqkimi birləşdirə bilmişdi. Bütün Azərbaycanı həm də qəribə əhvali-ruhiyyə bürümüşdü: ya ölüm, ya qələbə! Hamının dilində bir şüar, hamının ürəyində bir arzu var idi - Qarabağ Azərbaycandır! Hamı bu arzuya görə səngərə atılmaq, ya şəhid, ya qalib olmaq istəyirdi.

Təsadüfi deyil ki, 44 günlük müharibədə heç kim döyüşdən qaçmadı, yayınmadı, gizlənmədi, fərarilik etmədi. Amma Ermənistan ordusunda fərarilərin rəsmi sayı 10 mindən yuxarı oldu. Ermənilər bu günbizim əsgərlərimizin sinəsindən, başından qan axa-axa düşmən üstünə atılmasından qorxu və vahimə ilə danışırlar.

Azərbaycan müharibəyə illərboyu hazırlaşmışdı, yeni ordu qurmuşduonu ən müasir silahlarla silahlandırmışdı. O üzdən döyüşə atılan hər əsgərimiz bir cəngavər idi. Hətta şəhid ata-anaları göz yaşlarını düşmənə göstərmirdilər, dərdlərini içlərində ağlayırdılar və “Vətən sağ olsun” deyirdilər. Qaçıb gizlənən, ağlayaraq aman istəyənlər isə erməni ordusu, onların liderləri idi. Bu paralellər keçmişimizlə bu günümüzün reallıqları arasındakı fərqlərin nədən ibarət olduğunu anlamağa imkan verir.

Müstəqilliyimizin ilk illərində qaçqın dalğaları Azərbaycanı üzük qaşı kimi mühasirəyə almışdı. Sanki buna vərdiş etmişdik, alışmışdıq, çünki bunun qarşısını  alan yox idi. Yaxşı yadımızdadır, Masis rayonunun Rəncbər kəndində azərbaycanlılar silahun istəyirdilər. Deyirdilər ki, unsilah göndərin, İrəvan qulağımızın dibindədur, oranı dağıtmasaq, kişi deyilik. Bakı isə susurdu. Bu susqunluğun nəticəsində minlərlə soydaşımız Ermənistandan qovuldu. Sonra Ermənistan qoşunları azərbaycanlıları Qarabağdan didərgin saldılar, ardınca ətraf rayonları işğal etdilər. Getsin o günlər, gəlməsin.

Amma 44 günlük müharibədə ermənilərin cəbhə xəttindən uzaq yaşayış məntəqələrimizi hətta raket atəşinə tutmasına baxmayaraq, bircə nəfər də evini, yurdunu tərk etmədi. Erməni vandalları elə fikirləşirdilər ki, 90-cı illərdəki kimi dinc əhalini atəşə tutmaqla bu dəfə də istəklərinə nail olacaqlar. Amma onlar zamanı səhv salmışdılar. Bu dəfə  hamı bir nəfər kimi əsgər idi.

Bax beləcə, misilsiz qələbə qazandıq, dünyaya ədalət uğrunda döyüşə bilən xalq olduğumuzu sübut etdik. Eyni zamanda qalib olmağın qürurunu yaşadıq, çoxdan həsrətində olduğumuz qürurunu...

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2021.-21 dekabr.- S.5.