Ağalı kəndi uzun ayrılıqdan sonra sakinlərini qəbul etməyə hazırlaşır

 

Bu dəfə “ağıllı kənd” statusunda

 

İşğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərinın miqyası və məzmunu bütün dünyanı heyran qoyub. Biz bu torpaqlarda Azərbaycan Prezidentinin böyük sürətlə apardığı misilsiz yeniliklərin sahidiyik. Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərbası, yenimüasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq.

Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinın başa çatmasını və sakinlərin kəndə qayıdışını hamı səbirsizliklə gözləyir. Erməni işğalçıları qovulduqdan sonra Azərbaycan dövləti insanların geri qayıtması üçün bu kənddə böyük işlər görmüşdür. Milli Məclisin deputatı Vahid Əhmədov Ağalı kəndində hər bir insanın telefon, televiziya, internetlə təmin ediləcəyini, sakinlərin həyat şəraitinin beynəlxalq səviyyəyə uyğun qurulacağını deyir. Yəni Ağalı dünyanın ən məşhur “ağıllı kənd”ləri ilə ayaqlaşa biləcək. Ümumiyyətlə, bütün “ağıllı” kənd və şəhər layihələri elə düşünülmüşdür ki, sakinlər doğma yurdlarına dönənə kimi əsas problemlər həllini tapsın. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə layihələrin həyata keçirilməsi üçün kifayət qədər vəsait xərcləməklə yanaşı, müasir dünya təcrübəsindən faydalanır, nüfuzlu xarici şirkətləri əməkdaşlığa dəvət edir.

Bu ilin yayında Ağalı kəndinin sakinləri uzun ayrılıqlardan - 28 illik fasilədən sonra Qurban bayramı ərəfəsində ilk dəfə ana torpağa qədəm qoydular, görülən işlərlə tanış oldular. Hamı yaxşı bilir ki, kəndlinin bütün ömrü bir evi tikməyə gedir. Darmadağın edilmiş bütün kəndin bir ildən də az vaxta tikilməsi və 1500 sakinin evlə təmin edilməsi heyrətamiz hadisədir, əfsanədir.

Qeyd edək ki, layihənin icrası əsasən 5 komponent - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri üzrə aparılmışdır. Ərazidə ilk olaraq tam izolyasiya olunmuşinnovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi başa çatmaq üzrədir.

Kənd icra nümayəndəsi Gəray Hüseynov deyir ki, kəndə qayıdan kimi torpağı qucaqlayıb öpdük, qurbanlarımızı kəsdik, kənddə aparılan tikinti-quruculuq işlərinə hamımız heyran qaldıq. Kənd sakini Famil Mirzəyev isə həmyerlilərinin hamısının “ağıllı kənd” layihəsi uğurla başa çatdıqdan sonra kəndə köçmək niyyətində olduğunu bildirir: “Tezliklə dünyanın gözü bizim kənddə olacaq”.

İndi dekabrın son günləridir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “ağıllı kənd”in təməli isə aprelin 26-da qoyulmuşdur. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanılmışdır. Bəyan edildi ki, “ağıllı” kənd və şəhərlərdə müasir məktəb, bağça, poliklinikaelektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibatiictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. “Ağıllı kənd təsərrüfatı”nda isə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları dronlar vasitəsilə idarə etmək və nəzarətdə saxlamaq mümkün olacaq. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini və satışı müasir tələblərə uyğun qurmağa imkan verəcək. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, suelektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər də bu konsepsiyanın əsas komponentləri sırasındadır.

Artıq Ağalı kəndində müasir məktəb, bağça, poliklinikaelektron idarəetmə mərkəzləri inşa edilmiş, bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi üçün tədbirlər görülmüşdür.

Ağalı kənd sakinlərinin bir qrupu üçün kiçik təsərrüfatların yaradılması da nəzərdə tutulur və artıq bu istiqamətdə müəyyən işlər görülməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti bu istiqamətdə birgə layihə icra edirlər. Kənd sakinlərinin məşğulluğuna və kiçik sahibkarlığa çıxışına dəstək məqsədi daşıyan bu layihəyə Ağalı kəndinin 30 sakini cəlb olunmuşdur. KOBİA tərəfindən onlar üçün biznes təlimləri təşkil edilmiş, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumatlar verilmişdir. Kənd sakinləri doğma yurdlarına qayıdandan sonra onlar Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaqlar.

Azərbaycanda “ağıllı” şəhər və kəndlər konsepsiyasının tətbiqi ideyası Prezident İlham Əliyevə məxsusdur. Bu il aprelin 19-da dövlət başçısı “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalamış, aprelin 26-da isə Ağalı kəndinin ərazisində ilk “ağıllı kənd” layihəsinin təməlini qoymuşdur. Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmuşlar. Hər iki prezidentə məlumat verilmişdir ki, 110 hektardan çox ərazidə innovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagirdlik məktəb və 60 yerlik uşaq bağçası tikilir. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq, piyadavelosiped yolları çəkiləcək, kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək.

Artıq demək olar ki, bütün bu işlər yekunlaşmaq üzrədir. Biz erməni işğalçılarının yer üzündən sildiyi bir kəndin minalardan təmizlənərək necə sürətlə bərpa edilməsini görürük. Azərbaycan dövləti işğaldan azad edilən bütün torpaqları bu sürətlə qarış-qarış dirçəldib məskunlaşdıracaq və ürəkləri vətən qubarı salan insanları öz torpaqlarına qovuşduracaq.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2021.-22 dekabr.- S.12.