Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmişKiçikorta biznes evlərində mikro, kiçikorta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1238, ¹ 10, maddə 1991, ¹ 11, maddə 2287; 2019, ¹ 3, maddə 411, ¹ 4, maddə 619, ¹ 5, maddələr 839, 855, ¹ 6, maddə 1027, ¹ 12, maddə 1921; 2020, ¹ 1, maddə 5, ¹ 2, maddə 100, ¹ 8, maddə 1039, ¹ 11, maddə 1357; 2021, ¹ 1, maddə 30, ¹ 6 (I kitab), maddələr 579, 593, ¹ 8, maddə 908) ilə təsdiq edilmişKiçikorta biznes evlərində mikro, kiçikorta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndinin üçüncü abzasına “sənaye parkının” sözlərindən sonra “, sənaye məhəlləsinin və aqroparkın rezidentinin” sözləri əlavə edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 23 dekabr.- S.12.