İlham Əliyevin yaratdığı siyasi mədəniyyət milli birliyimizi daha da gücləndirdi

 

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycanın hərtərəfli inkişaf dövrü kimi xarakterizə edilir. Bu illər ərzində dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlər qorunmuş, beynəlxalq güc mərkəzlərindən gələn təzyiqlər uğurla neytrallaşdırılmış, toqquşan maraqlar uzlaşdırılaraq  Azərbaycanı sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevirmişdir.

 

Gərgin əməyin, düzgün siyasətin, görülmüş işlərin məntiqi nəticəsi

 

İlham Əliyevin 2003-cü ildən bəri Prezidentlik fəaliyyətindəki uğurlarının ən möhtəşəm zirvəsində, heç şübhəsiz ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Silahlı Qüvvələrimizin qəhrəmanlığı, iqtisadi qüdrətimiz, milli birlyimiz ilə yanaşı, Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu.

Vətən müharibəsində qazanılmış Qələbə son  illərdə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bu tarixi Zəfərə gələn yol gərgin əməyin, aparılan düzgün siyasətin, görülmüş işlərin məntiqi nəticəsi idi.

Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Bu illər ərzində aparılan doğru siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan dünyada müsbət imicə malik olan etibarlı tərəfdaş kimi tanındı. Bunun ən bariz nümunəsi Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi idi. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ICESCO, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər beynəlxalq və regional təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər.  Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik  müddətinin daha bir il artırılması ölkəmizə və onun liderinə olan etimadın ifadəsidir. Məhz beynəlxalq müstəvidə aparılan fəaliyyətin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla həll etmək üçün ciddi hüquqi baza yaratdı.

 

Güclü iqtisadiyyat, sosial təminat, qüdrətli ordu

 

Arxada qalan illər ərzində Azərbaycanın iqtisadi uğurları əhəmiyyətli dərəcədə artdı, əldə edilən  nailiyyətlərlə ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi çoxaldı.

Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən üç dövlət proqramı sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyinyoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni yeri açıldı.

2020-ci ilin əvvəlində təsdiqlənən böyük sosial paket 4 milyondan çox insanı əhatə edir. Birinciikinci dəfə 40 faiz olmaqla minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Minimum əməkhaqqı təxminən 2 dəfə artırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Eyni zamanda problemli kreditlərlə bağlı olan məsələ də öz həllini tapıb. Həmçinin 300 mindən çox əlilliyi olan şəxsin, 500 minə qədər məcburi köçkünün, 100 mindən çox tələbə və gəncin, ümumilikdə, 1,3 milyon insanın gəlirləri əhəmiyyətli şəkildə artırılıb.

Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun etibarına inandırdı. Ölkəmizdə güclü müdafiə sənayesi quruldu. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 135 milyon ABŞ dolları idisə, 2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq. Bu, məğlub Ermənistanın dövlət büdcəsindən çoxdur.

 

Qlobal transmilli layihələr, kosmik dövlət

 

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaşı kimi tanınır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan “Cənub qaz dəhlizi” layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı.

Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici amil olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran “Cənub qaz dəhlizi”, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib. Ötən illərdə Oğuz-Qəbələ-Bakı su kəmərinin və Taxtakörpü su anbarının istifadəyə verilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.

İlham Əliyevin hakimiyyəti illərində ölkənin sosial-iqtisadi infrastrukturu bütövlükdə yenidən qurulmuş, 15 min kilometrdən çox yol çəkilmiş, 450 körpü inşa olunmuş, 4 yeni metro stansiyası açılmış, 7 hava limanı, Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa edilmiş, Azərbaycan böyük enerji və nəqliyyat qovşağına çevrilmişdir. Beynəlxalq reytinqlərə əsasən, respublikamız avianəqliyyat, dəmir yolu sahələri üzrə dünyada 11-12-ci yerləri, yol infrastrukturunun keyfiyyətinə görə 27-ci yeri tutur. Azərbaycan artıq dünyanın kosmik dövlətlər klubuna qoşulmuşdur. Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peykləri orbitdə uğurla fəaliyyət göstərir.

Dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və  vətəndaşlara yüksəksəviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələri-Azərbaycan brendi kimi dünyaya səssalan “ASAN xidmət”, “ABAD”, “DOST”  kimi layihələri sosial xidmət sahəsində şəffaflığın təminatına geniş imkanlar açır. Hazırda Azərbaycanın bu təcrübələri beynəlxalq səviyyədə də tətbiq edilir. Azərbaycan iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması sayəsində 2008-ci ildə dünyanı bürüyən maliyyə və iqtisadi böhranın təsirlərinin ölkədə minimuma endiriməsinə nail olundu. Azərbaycan bu böhranı az hiss edən ölkələrdən oldu.

Nəhəng infrastruktur layihələrinin, Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə minlərlə məktəb tikildi.

 

Beynəlxalq tədbirlərin keçirildiyi məkan, nümunəvi ölkə

 

Son 18 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı “Avroviziya” mahnı müsabiqəsinə, I Avropa Oyunlarına,  IV İslam Həmrəyliyi Oyunlarına, “Formula-1” yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa evsahibliyi edib.

Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən ölkə rəhbəri  iqtisadiyyatda qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü.

Dünyanın, o cümlədən ölkəmizin koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi bir zamanda Azərbaycanın insanların sağlamlığının qorunması ilə bağlı zəruri tədbirlər görüldü, yüzlərlə xüsusi xəstəxanalar tikildi. Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə çevikvacib qabaqlayıcı tədbirlər görüldü, Ölkə rəhbərinin təşəbbüsü ilə təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fonduna Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ianə ayrıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, vaxtında sosial təcrid tədbirləri, eləcə də xüsusi karantin rejimi tətbiq edildi, xəstələrin ödənişsiz müalicəsi üçün onlarca xəstəxana ayrıldı. Müasir modul tipli 11 xəstəxana və 2 hospital, 2 tibbi maska fabriki istifadəyə verildi, ölkəyə virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar gətirildi. Pandemiyanın yaratdığı çətinlikləri aradan qaldırmaq məqsədilə dünyanın 150 ölkəsi kredit üçün müraciət etdiyi halda, Azərbaycanın iqtisadi potensialı bu bəlaya qarşı öz gücüylə mübarizə aparmağa imkan verdi. Eyni zamanda Azərbaycan ÜST-ə könüllü ianə ayırdı, 30-dan artıq dövlətə humanitar yardım göstərdi. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırdı.

 

Siyasi dialoq, müxalifət partiyalarına yaradılan imkanlar

 

Son zamanlarda hakimiyyətin bütün qollarında - qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar gedir, prosesi asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır.

Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında strukturkadr dəyişiklikləri aparılmış, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqlənmiş, ilk dəfə olaraq Siyasi partiyalarqanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılmışdır.

2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri nəticəsində mütləq çoxluqda olan YAP üzvləri və bitərəflərlə yanaşı, mandat qazanmış 8 müxalifət partiyasının üzvləri də müstəqil Azərbaycanın parlamentarizm tarixində ilk dəfə həm Milli Məclisin, həm də daimi komitələrin rəhbərliyində təmsil olunmuşlar.

Ölkədə yeni siyasi mədəniyyət yaranır. Azərbaycanın müstəqillik tarixində fəaliyyətdə olan siyasi partiyaların əksəriyyətinin iştirakı ilə ilk dəfə keçirilən görüşlər, qəbul edilən birgə müraciət və bəyanatlar birmənalı olaraq siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edir. Bu mənada 52 real siyasi partiyadan 51-nin bir araya gələrək ümummilli məsələləri müzakirə edib vahid mövqe ortaya qoyması əhəmiyyətli hadisədir. Partiyaların ofislə təmin edilməsi üçün ilk dəfə olaraq addımlar atılmışdır. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bəzi mənfur xarici dairələrin öz çirkin planlarını həyata keçirmələrinə imkan vermədi. Azərbaycanın gücü milli birlikdədir.

Bu gün Azərbaycan dünyanın iqtisadi, siyasihumanitar mərkəzinə çevrilib. Azərbaycan multikultural, tolerant ölkə kimi yerinirolunu möhkəmləndirməkdə, dünyada bu mühitin qorunmasının vacibliyini bəyan etməkdədir.

Azərbaycan dünyanı həm də işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri ilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir. Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli aeroportu artıq təyyarələri qəbul edir, Şuşaya gedən “Zəfər” yolu istifadəyə verilib. Ağdam və Cəbrayıl şəhərlərinin bərpasının təməli qoyulub.

Aparılan müdrik siyasət və çevik diplomatik səylərin nəticəsində tezliklə Qarabağın bütün ərazilərində ölkəmizin suveren hüquqlarının tam bərqərar olunacağına, Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə Naxçıvan MR ilə Azərbaycanın digər əraziləri, eləcə də böyük türk dünyası ilə quru yolla əlaqələrin bərpa ediləcəyinə, işğaldan azad edilmiş ərazilərimizin dirçələcəyinə, vəhşi düşmən tərəfindən viran qoyulan torpaqların yenidən çiçəklənəcəyinə inamımız tamdır.

 

Fazil MUSTAFA,

Böyük Quruluş Partiyasının sədri,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2021.-24 dekabr.- S.14.