Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

Əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bütün dünyada Sizi görkəmli dövlət xadimi, dahi atanızın işinin mərd, müdrik layiqli davamçısı kimi qəbul edirlər.

Qardaş Azərbaycan xalqı üçün Siz Azərbaycan Respublikasının illər boyu fasiləsiz inkişafını, beynəlxalq aləmdə onun nüfuzunun möhkəmlənməsini təmin edən tanınmış lidersiniz. Ölkənin ərazi bütövlüyünün birliyinin təmin edilməsi həmişəlik Sizin adınızla bağlı olacaq. Mən fəxr edirəm ki, uzun illərdir bizi bir-birimizə dostluq qarşılıqlı hörmət telləri, atalarımızın vəsiyyətləri bağlayır.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sevinc, dostcasına ünsiyyət, əla əhval-ruhiyyə Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Əminəm ki, Rusiyanı qardaş Azərbaycanı birləşdirən sıx, qarşılıqlı faydalı iqtisadi humanitar əlaqələr bundan sonra da inkişaf edəcək.

Sizə yaxınlarınıza əmin-amanlıq diləyirəm.

Daimi hörmətlə,

 

İlyas Umaxanov

Rusiya Federasiyasının senatoru

 

Azərbaycan. - 2021.- 24 dekabr.- S.4.