Kayrat SARIBAY: “Prezident İlham Əliyev xalqının gələcəyinin məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyır”

 

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu çətin yolda böyük Azərbaycan xalqının gələcəyinin məsuliyyətini öz çiyinlərində ləyaqətlə daşıyır və bundan sonra da xalqını böyük zəfərlərə aparacaq”.

Bu sözləri AZƏRTAC-a Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) icraçı direktoru, Qazaxıstanın dövlət xadimi, diplomat Kayrat Şorayeviç Sarıbay dövlətimizin başçısı İlham Əliyevin yubileyi münasibətilə təbrik edərkən bildirib.

Diplomat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan xalqının etimad və rəğbətini qazanıb. Əminəm ki, bundan sonra da xalq hər zaman öz müdrik rəhbərinə etimad göstərəcək.

 

 

Azərbaycan.-2021.- 26 dekabr.- S.6.