AğstafadaAzərbaycan son 18 ildəmövzusunda konfrans keçirilmişdir

 

 

Mədəniyyət Mərkəzində keçirilən konfransda rayon rəhbərliyi, YAP rayon təşkilatının üzvləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Vətən müharibəsi qaziləri iştirak etmişlər.

Konfransdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar. Sonra Ümummilli Lider Heydər Əliyevin Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan son 18 ildəqısametrajlı sənədli film nümayiş etdirildikdən sonra ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs edən məruzələr dinlənilmişdir. Məruzələrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 18 ildə qazandığı böyük uğurlardan danışılmış, 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərə görə Silahlı Qüvvələrin Ali Baş Komandanına minnətdarlıq ifadə edilmişdir.

 

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2021.- 26 dekabr.- S.7.