2022-ci ildə dünya iqtisadiyyatına təhdidlər davam edəcək

 

Avrozonada inflyasiya göstəriciləri çoxillik rekordları yeniləyib

 

 Ekspertlər hesab edirlər ki, koronavirusun yeni variantları, enerji daşıyıcılarının qiymətinin artması və ABŞ-la Rusiya arasındakı gərginlik 2022-ci ildə investorlara əlavə narahatlıq yaradacaq.

2021-ci ildə dünya iqtisadiyyatı pandemiyanın yaratdığı tənəzzüldən bərpa olunsa da, ikinci yarımillikdə onun artımı koronavirusun yeni epidemiyaları üzündən zəifləyib. Qlobal təchizat zəncirinin pozulması, işçi qüvvəsinin çatışmazlığı və xüsusilə inkişaf etməkdə olan ölkələrdə koronavirusa qarşı vaksinasiyanın ləng templəri də öz rolunu oynamışdır.

İqtisadi artımın ləngiməsi səbəbindən Beynəlxalq Valyuta Fondu (BVF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) cari il üçün proqnozlarını bir qədər azaldıb. Onların gələn il üçün proqnozu hələlik qüvvədə qalır. Lakin ekspertlərin fikrincə, koronavirusun yeni variantlarının yayılması iqtisadiyyatı geri ata bilər. Eyni zamanda koronavirus pandemiyası investorları 2022-ci ildə gərginlikdə saxlayacaq yeganə risk deyil.

 

 Peyvəndlərə davamlı koronavirus variantları

 

 Noyabr ayında dünyanın maliyyə bazarları çaxnaşmaya düşdü: Cənubi Afrikada koronavirusun yeni “Omikron”variantı aşkar edildi. Sürətlə yayılan infeksiya birjaindekslərini aşağı saldı. İnvestorlar yeni mutasiyanın iqtisadi nəticələrini qiymətləndirməyə çalışarkən təxminən bir həftə bazarlar tərəddüd etdi. Müxtəlif ölkələrin hökumətləri potensial təhlükəli variantın yayılmasının qarşısını almaq üçün antikovid məhdudiyyətlərini sərtləşdirdilər.

Tədqiqatçılar hələ də kifayət qədər məlumatın olmadığı “Omikronu araşdırarkən, dünyanın ən iri banklarından biri olan JP Morgan strateqləri hesab ediblər ki, bu variantDeltadan daha sürətli ötürülməsinə baxmayaraq, sələfi kimi ölümcül deyil.

AmmaOmikroniqtisadi inkişaf yolunda böyük maneə olmasa belə koronavirusun növbəti variantı bu cür maneə ola bilər. Ekspertlər xəbərdarlıq edirlər ki, əgər universal peyvənd uğursuz olarsa, onda koronavirusun vaksinlərinə qarşı davamlı mutasiyaların ortaya çıxması yeni lokdaunlara səbəb olacaq.

BVF-nin baş iqtisadçısı Gita Hopinat xəbərdarlıq edib ki, pandemiya uzansa, yaxın beş ildə dünya ÜDM cari proqnozla müqayisədə 5,3 trilyon dollar azala bilər. Onun dediyinə görə, cari ildə hər bir ölkə əhalisinin 40 faizinin və növbəti ilin ortalarınadək isə əhalinin 70 faizinin tam peyvənd edilməsi siyasətçilərin əsas prioriteti olmalıdır. Lakin hələ ki aşağı gəlirli ölkələrdə əhalinin təxminən 5 faizi tam peyvənd olunub.

 

 Qlobal logistika böhranı

 

Təchizat zəncirlərindəki qırılmalar bu il iqtisadi artımın ləngiməsində əsas rol oynayıb. Daşınma problemlərinin, konteynerlərin çatışmazlığından və pandemik məhdudiyyətlərin aradan qaldırılmasından sonra tələbatın kəskin artması komponentlər və xammal çatışmazlığı yaradıb.

Avrozonada, o cümlədən Almaniyada istehsalın azalması səbəbindən avtomobil sənayesi ən çox zərər çəkənlər arasında yer alıb. Avtomobil istehsalçıları komplektləşdirici avadanlığın, ilk növbədə, yarımkeçiricilərin çatışmazlığı üzündən istehsalı azaltmalı olub.

Nəqletmə qiymətlərinin düşməsi və mikrosxemlərin ixracının artması ilə əlaqədar təchizatla bağlı problemlərin qismən həll ediləcəyi gözlənilsə də, ekspertlər tədarük zəncirlərindəki qırılmaların gələn iliqtisadi artımın qarşısını almaqda davam edəcəyini proqnozlaşdırırlar.

“DSV Air & Sea Germany” nəqliyyat-logistika şirkətinin idarəedici direktoru Frank Sobotka güman edir ki, 2022-ci ildə vəziyyətin yaxşılaşması gözlənilmir. Belə ki, 2023-cü ildə dəniz daşımalarının həyata keçirilməsi üçün yeni lazımi güclər işə salınmalı və ya tədarük zəncirləri “niarşorinq” ə (istehsalatın bir hissəsinin qonşu regionlara köçürülməsinə) yönəldilməlidir.

 

 İnflyasiya artımı

 

Xammalın və komponentlərin çatışmazlığı, habelə enerji daşıyıcılarının yüksək qiymətləri nəticəsində avrozonada inflyasiya göstəriciləri çoxillik rekordları yeniləyib. Bu, mərkəzi bankların qiymət artımının qarşısını almaq üçün faiz dərəcələrini vaxtından əvvəl artırmaq məcburiyyətində qalacağından ehtiyatlanan qlobal investorları narahat edir.

Avropa Mərkəzi Bankı (AMB) iddia edir ki, qiymət artımı kifayət etrməyən təchizat həcmi, enerji qiymətlərinin artımı və bazanın təsiri kimi müvəqqəti amillərdən qaynaqlanır. AMB-də gözlənildiyi kimi, tələbat və təklif arasında qlobal disbalansın fəsadları aradan qaldırıldıqdan sonra inflyasiya azalacaq. Təchizat zəncirlərindəki qırılmalar əvvəllər gözləniləndən daha uzun müddət sürəcəyi səbəbindən, Avropada inflyasiya 2022-ci il ərzində də artmaqda davam edəcək.

ABŞ-da inflyasiya ilə bağlı narahatlıqlar daha da artır. ABŞ Federal ehtiyat sistemi iqtisadiyyatın stimullaşdırılması proqramını minimuma endirmək və istiqrazların geri alınmasını azaltmaq imkanını nəzərdən keçirir.

 

Çin texnoloji şirkətlərə qarşı sərt tədbir görür

 

Dünyanın ikinci ən iri iqtisadiyyatı - Çin iqtisadiyyatının artımının ləngiməsi 2022-ci ildə investorlara əlavə qayğılar gətirəcək. Asiya iqtisadiyyatının nəhəngi 2020-ci ildə pandemiyanın dünyaya yaratdığı tənəzzüldən çıxmağı bacarıb: bu, yeganə böyük iqtisadiyyat idi ki, artım baş verdi. Gözlənildiyi kimi, bu il Çin iqtisadiyyatında təxminən 8 faiz artım olacaq ki, bu da onu Hindistandan sonra ən sürətlə inkişaf edən böyük iqtisadiyyata malik dövlət edəcək.

Buna baxmayaraq, iqtisadiyyatın bərpasını Pekinin ölkədəki texnoloji nəhənglərə, o cümlədən “Alibaba” və “Tencent” şirkətlərinə, habelə özəl təhsil sənayesinə qarşı sərt tədbirləri ləngidir. Bu şirkətlər “Evergrande” və “Kaisakimi daşınmaz əmlak kompaniyalarının borclarıyla yüklənmişdir. İƏİT 2022-ci ildə Çinin ÜDM-nin beş faizdən bir qədər çox artacağını proqnozlaşdırır.

Pekinin COVID-19-a qarşı “sıfır dözümlülük” siyasətinə sadiqliyidünya iqtisadiyyatı üçün böyük risk olaraq qalacaq.

 

Rizvan HİLALOĞLU

 

Azərbaycan.- 2021.- 29 dekabr.- S. 1; 9.