“Rənglərin harmoniyası: sənət mübadiləsi”

 

 

Qusar Dövlət Rəsm Qalereyasında “Rənglərin harmoniyası: sənət mübadiləsi” adlı sərgi keçirilib. Qusar və Sumqayıt Dövlət Rəsm qalereyalarının  rəssamlarıının birlikdə təşkil etdikləri sərgi 44 günlük Vətən müharibəsinə həsr edilib.

Yerli və sumqayıtlı rəssamların 40-dan artıq rəsm əsərinin nümayiş etdirildiyi sərginin açılışında Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova çıxış edərək bildirib ki, Vətən müharibəsi hər bir Azərbaycan vətəndaşının qürur  yeri,  uzun illərin arzu payıdır. Ali Baş Komandanın cəsarətli qərarları, əsgərlərimizin rəşadəti bu qələbəni təmin etmiş və torpaqlarımız işğaldan azad olunmuşdur.

 YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov qarşılıqlı yaradıcılıq müsabiqəsi olan bu sərginin iştirakçılarını salamlayaraq bidirib ki, belə sərgilər gənc rəssamların əsərlərinin tanınmasıda böyük əhəmiyyət daşıyır: “Zəfər tariximizin anlarını şüurlarından keçirən rəssamlar sanki əsərləri ilə imtahan verirlər. Mənəvi gücün qələbəsi olan sənət mübadiləmizi davam etdirməli və gələcəkdə ətraf rayonların yaradıcı insanlarını da belə tədbirlərə qatmaq gərəkdir. Reallıqlar üzərində çəkilən düşüncə yarışı olan bu sərgi gələcəkdə yetişəcək neçə rəssamın ən yaxşı mövzusudur”.

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2021.- 26 dekabr.- S.12.