Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli cənab İlham Heydər oğlu.

 

Sizi 60 illik yubileyiniz münasibətilə “CLAAS Group” şirkətinin bütün kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə cansağlığı və ali dövləti fəaliyyətinizə uğurlar arzulayıram. Qoy Sizin səyləriniz Azərbaycan Respublikasında rifah, sülhsabitliyi daha da möhkəmləndirsin!

Fürsətdən istifadə edərək Sizə uzun illərə söykənən əməkdaşlığa görə ürəkdən təşəkkür edirik. Eyni zamanda, qeyd etmək istərdik ki, Azərbaycan “CLAAS Group” şirkəti üçün Qafqazda strateji rola malikdir. Biz daim şirkətin kənd təsərrüfatı maşınları və xidmətləri ilə bağlı azərbaycanlı fermerlərin yüksək məmnunluğuna nail olmağa çalışırıq.

 

Dərin hörmətlə,

 

 Xristian Radons,

 

Almaniyanın “CLAAS Group“ şirkətinin icraçı direktoru,

 

İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2021.- 29 dekabr.- S.2.