Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə uzun ömür, cansağlığı və səadət arzulayıram.

Dünya Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın daha da inkişafının, bütün regionda sülh və tolerantlıq naminə gördüyünüz işlərin şahidi olur.

Zati-alinizə xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq diləyirəm.

Hörmətlə,

 

Dr. Əli Cümə

Misir Ərəb Respublikası parlamentinin

Dini işlər və vəqflər komitəsinin sədri,

Alimlər Cəmiyyətinin üzvü

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.3.