Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Sizi 60 yaşınızın tamam olması münasibətilə rəhbərliyində təmsil olunduğumuz Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Sabitlik İnkişaf Mərkəzi İctimai Birliyinin, İctimai Nəzarət Koalisiyasının çoxminli üzvləri adından səmimi-qəlbdən təbrik edirik. Sizə uzun ömür, möhkəm cansağlığı, Vətənimiz Azərbaycanın inkişafı qüdrətli olması üçün atacağımız bütün addımlarda uğurlar arzulayırıq.

Ümummilli lider Heydər Əliyevin siyasi-dövlətçilik irsinin layiqli davamçısı olaraq Sizin xalqa həsr etdiyiniz 60 illik şərəfli ömrünüz ölkəmizə rəhbərliyə seçildiyiniz dövr tariximizin ən şərəfli səhifələrini təşkil edir.

Zəmanəmizin ən gərgin qürurverici hadisəsi - 2020-ci il 27 sentyabr tarixi xalqımızın vahid ordu şəklində birləşərək düşmən üzərində Qələbə ilə başa çatdırdığı 44 günlük Vətən müharibəsi zamanı millətimiz bir daha əmin oldu ki, Sizin sərkərdəlik məharətiniz, Ali Baş Komandan kimi hərb sənətindəki ustalığınız, nüfuzlu beynəlxalq siyasətçi, dövlət xadimi, 50 milyonluq dünya azərbaycanlılarının lideri olmağınız bizi böyük Zəfərə gətirib çıxardı.

Xalqımız 30 ilə yaxın bir müddətdə torpaqlarımızın erməni işğalçılarından azad olunması üçün Sizin rəhbərliyiniz altında hazırlaşdı. Qəhrəman döyüşçülərimizin şəhid qanı misilsiz igidlikləri ilə azad edilmiş torpaqlarımızın geri qaytarılması tariximizin qızıl səhifələri, möhtəşəm Qələbənin salnaməsi kimi əbədi yaddaşlarda qalacaqdır.

Biz bir daha əmin olduq ki, xalqımız birləşəndə həllolunmaz sayılan bütün problemlərin, çətinliklərin öhdəsindən uğurla gələ bilir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan, eləcə işğaldan azad edilmiş Qarabağımız Sizin rəhbərliyinizlə bütün sahələrdə müasirləşdirilmə yolunda ardıcıl dinamik surətdə irəliləyir, inkişaf edir. Sizin peşəkar siyasi təcrübəniz Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə ardıcıl olaraq həll etməyə imkan verir. Dünya miqyasında yürütdüyünüz uzaqgörən müdrik siyasətiniz, dövlətimizin milli mənafelərini qətiyyətlə qorumağınız, xüsusi bacarıqlarınız sayəsində Azərbaycan regional beynəlxalq gündəlikdə olan qlobal məsələlərin həllində fəal rol oynayır, gündən-günə qüdrətli dövlət kimi tanınır.

Zati-aliləri, möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Uca Yaradandan Sizə uzun ömür möhkəm cansağlığı arzulayırıq.

Dərin hörmət ehtiramla,

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Sabitlik İnkişaf Mərkəzi İctimai Birliyinin İctimai Nəzarət Koalisiyasının çoxminli üzvləri adından

 

Çingiz Abdullayev

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti,

Xalq yazıçısı

 

Flora Xəlilzadə

İctimai Nəzarət Koalisiyasının, Dünya Azərbaycanlılarının

Mədəniyyət Mərkəzinin, Sabitlik İnkişaf Mərkəzinin Baş katibi,

 

Ramiz Quliyev

Fəxri vitse-prezident, professor

 

Nəriman Həmidov

İctimai Nəzarət Koalisiyasının,

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin,

Sabitlik İnkişaf Mərkəzinin Ağsaqqallar Şurasının sədri,

Milli Qəhrəman atası,

 

Tərlan Xəlilova

İctimai Nəzarət Koalisiyasının,

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin,

Sabitlik İnkişaf Mərkəzinin Şəhid Anaları Milli Qəhrəman

Ailələri Komitəsinin sədr müavini,

 

Rasim Məmmədov

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I vitse-prezidenti,

Sabitlik İnkişaf Mərkəzinin rəhbəri,

İctimai Nəzarət Koalisiyasının sədri

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.4.