Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Rusiyanın çoxsaylı Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik etməyi özümə şərəf sayıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailənizə firavanlıq, əzizlərinizin və yaxınlarınızın sevgisini arzu edirəm.

Məhz Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yorulmaz nəcib fəaliyyətiniz, yürütdüyünüz konstruktiv və uzaqgörən siyasət sayəsində Vətənimiz günbəgün çiçəklənir, dünya siyasi arenasında öz mövqelərini möhkəmləndirir, həm iqtisadiyyatda, həm də sosial-mədəni sahədə sabitliyin təmin edilməsinə və iqtisadi inkişafa şərait yaradan irimiqyaslı layihələri həyata keçirir.

Hamı Sizi regionda sülhün möhkəmlənməsinin əqidəli tərəfdarı kimi tanıyır və qiymətləndirir. Sizin müdrik beynəlxalq qərarlarınız və parlaq siyasi hərəkətləriniz dünya tarixinin gedişini dəyişib. Siz, Ali Baş Komandan kimi, əzəli Azərbaycan torpaqlarının çoxillik işğaldan azad edilməsinə və sahibinə qaytarılmasına qiymətli tarixi töhfə verməklə adınızı Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazmısınız.

Bu gün Azərbaycan Cənubi Qafqazda dinamik inkişaf edən uğurlu dövlət və Avrasiya siyasətinin regionda sülhün möhkəmlənməsinə kömək edən mühüm subyektidir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu əlamətdar təntənəli gündə Sizə bir daha möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, Azərbaycan xalqının tükənməz sevgisiniSizin müasir Azərbaycanın qüdrətinin möhkəmlənməsinə, çoxillik işğal dövründə dağıdılmış şəhərlərin və kəndlərin bərpasına yönəlmiş məsul fəaliyyətinizdə böyük uğurlar diləyim.

Səmimi hörmətlə,

 

İlqar Hacıyev

Rusiya Azərbaycanlılar Konqresinin rəhbəri,

Rusiya Federasiyasının fəxri vəkili

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.4.