Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşıdır

 

 

Şimal qonşumuzla iqtisadi əlaqələr qarşılıqlı maraqlara xidmət edir

 

 

 

Məlumdur ki, Azərbaycan xarici ölkələrlə həm iqtisadi, həm də siyasi münasibətlərdə əsasən ikili əməkdaşlığa üstünlük verirbu, əksər hallarda özünü doğruldur.

 

Çünki regional və beynəlxalq əlaqələr, bir çox halda tərəflərin sayının çoxluğu, belə halda isə maraqların bir-birinə ziddiyyət təşkil etməsi qarşıya qoyulan məqsədə çatmağa imkan vermir. Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin hədəfi isə iqtisadisiyasi əlaqələrdə nəticəyə nail olmaqdır.

 

Düzdür, ölkəmiz bütün bunlara baxmayaraq, regional və beynəlxalq əməkdaşlığa səy göstərir və bu zaman aparılan düzgün siyasət nəticəsində istəyimizə nail oluruq. Məsələn, Avropaya qaz xətti çəkərkən müxtəlif maneələrlə rastlaşsaq da, Prezident İlham Əliyevin praqmatik və qətiyyətli siyasəti sayəsində həmin maneələri aşa bildik. Təkcə bu il Azərbaycan Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edib və əsas alıcılarımız İtaliya, Yunanıstan və Bolqarıstan olub.

 

Hazırda Avropa qaz böhranı yaşayır, çünki qoca qitənin təbii qaza olan ehtiyacı artıb. Gələn il bu tələbatın daha da artacağı proqnozlaşdırılır. Səbəbi dünyanın postpandemiya dövrünə ciddi şəkildə hazırlaşmasıdır. Bu isə o deməkdir ki, Azərbaycanın Avropa bazarına daha çox mavi yanacaq ixrac imkanı yaranacaq.

 

İkitərəfli iqtisadi əlaqələrin qurulması belə  gərginliklərə səbəb olmur.  Bu gün Avropa İttifaqının üzvü olan İtaliya ilə ikili iqtisadi əlaqələrimiz mövcuddur. Qoca qitədə ən çox ixracımız da İtaliyayadır. Təkcə cari ilin yanvar-oktyabr aylarında ixracatımızın 39,6 faizi bu ölkəyə olub.

 

Rusiya da ikitərəfli ticarət əlaqələrimizdə əsas tərəfdaşlarımızdandır. Dekabrın 16-da ADA Universitetində “İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda bu barədə ətraflı məlumat verilmişdir. ADA Universitetinin rektoru Hafiz Paşayev Rusiya ilə siyasiiqtisadi əlaqələrin bölgəmizdə pozitiv rol oynadığını vurğulayaraq bildirmişdir: “Biz regionumuzda sabitliyin təmin olunması baxımından Rusiyanın dəstəyini həmişə hiss etmişikümid edirəm ki, bundan sonra da görəcəyik”.

 

44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıq bütün region ölkələri arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə böyük imkanlar yaradıb. Xüsusilə Zəngəzur dəhlizinin açılması nəinki region ölkələri arasında, həmçinin beynəlxalq ticarətin sürətlənməsinə təkan verəcək. Bu üzdən Rusiya tərəfi bütün görüşlərdə kommunikasiyaların açılmasının tərəfdarı kimi çıxış edir. Konfransda iştirak edən Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk ölkələr arasında iqtisadi əlaqələrin inkişafında nəqliyyat-kommunikasiyalarının açılmasının əhəmiyyətini vurğulayaraq demişdir: “Azərbaycanın regionda Avropanı Asiya ilə birləşdirəcək kommunikasiyaların açılması təklifi reallaşır və bu, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri baxımından mühüm rol oynayacaq”. Baş nazirin müavini həmçinin bildirmişdir ki, Rusiya Azərbaycanla biznesin inkişafında maraqlıdır və iki ölkə arasında logistika, enerji və nəqliyyat sahələrində əməkdaşlıq üçün böyük potensiala malikdir.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayeviki ölkə arasında mövcud iqtisadi münasibətləri və perspektivləri yüksək qiymətləndirmişdir. Baş nazirin müavini bildirmişdir: Cari ilin yanvar-oktyabr ayları ərzində Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi nikbin olmağa əsas verir - bu sahədə təqribən 7 faiz (2,35 milyard dollar) artım qeydə alınıb və beləliklə, Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşına çevrilib”.

 

İndiyədək Rusiya Azərbaycan iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanlı adamları da qarşılıqlı olaraq Rusiya iqtisadiyyatına 1,2 milyard dollardan çox investisiya yatırıb. Hazırda ölkəmizdə Rusiya kapitalına əsaslanan 1110 müəssisə qeydiyyatdadır.

 

Azərbaycanla Rusiya arasında iqtisadi və ticarət əlaqələri bir çox sahələri əhatə edir. Şimal qonşumuz xüsusilə qeyri neft-qaz ixracatımızda böyük paya malik olan ölkədir. Belə ki, ölkəmiz öz aqrar məhsullarını bu ölkəyə ixrac etdiyi kimi, bizRusiyadan bu növ məhsulları alırıq. Ölkəmiz Rusiyadan aqrar məhsulları ən çox idxal edən 10 ölkədən biridir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz ixracatında Rusiya 32,4 faizlə birinci yerdə qərarlaşıb. Həmin dövrdə ölkəyə daxil olmuş məhsulların ümumi dəyərinin 17,7 faizi bu ölkənin payına düşüb.

 

Məlumdur ki, işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin aparılması ölkəmiz üçün strateji məsələdir. Bu ərazilərin bərpası Azərbaycana qonşu ölkələrlə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar yaradır. Hazırda bir çox ölkələrin, o cümlədən Rusiyanın adamları həmin ərazilərdə çalışmağa maraq göstərirlər.

 

Rusiyanın işğaldan azad edilən ərazilərə kapital qoyuluşu təkcə iqtisadi faktor deyil, həm də mühüm əhəmiyyət daşıyan siyasi hadisədir. Belə ki, uzun illər ərzində ermənilər işğal etdikləri ərazilərə Rusiya adamlarının kapital qoyuluşuna çalışsalar da, buna nail ola bilməmişlər. Amma həmin ərazilər işğaldan azad ediləndən sonra  rusiyalı biznesmenlər bu əraziyə sərmayə yatırmaqda maraqlı olduqlarını bildirmişlər. Artıq Rusiya şirkətləri işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərində iştirak etmək üçün 13 layihə barədə öz təkliflərini veriblər. Həmin layihələrdən biri olan Şərqi Zəngəzur iqtisadi regionundakı “Araz vadisi iqtisadi zonası” sənaye parkında “KamAZ” müştərək servis mərkəzinin tikintisi artıq reallaşmaqdadır.

 

Rusiya ilə nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi həm ikitərəfli, həm də regional əlaqələrin inkişafına öz faydasını verir. Hazırda beynəlxalq “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizləri uğurla fəaliyyət göstərir. Bu dəhlizlər vasitəsilə Bakı-Tbilisi-Qars dəmiryolu ilə Rusiyadan Türkiyəyə yüklər göndərilir. Ötən il “Şimal-Cənub” dəhlizi üzrə yükdaşımaların həcmi 15,3, “Şimal-Qərb” dəhlizi üzrə isə 11 faiz artıb.

 

Prezident İlham Əliyev Brüsseldə işgüzar sədərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verərkən Azərbaycanın beynəlxalq əhəmiyyətli tranzit ölkə olduğunu vurğulayaraq demişdir: Biz artıq Mərkəzi Asiyadan gələn mallar üçün tranzit ölkəyə çevrilmişik. Çinöz mallarını Avropa məkanına daşıyır. Üstəgəl, əlavə üstünlük ondan ibarətdir ki, Azərbaycan “Şimal-Cənub nəqliyyat dəhlizi” üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İranFars körfəzindən keçir. Dəmir yoluavtomagistral olmasından asılı olmayaraq, “Şimal-Cənub” dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindən sonra hər yerdə artıq Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün imkan var... Onda Ermənistanın da regional nəqliyyat şəbəkəsinin üzvü olmağa imkanı olacaq, çünki indi o, çıxılmaz vəziyyətdədir. Onun Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur, olacaq. Onun İranla dəmir yolu əlaqəsi yoxdur, Azərbaycan ərazisindən olacaq”.

 

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2021.- 30 dekabr.- S.1;7.