Albert Lixanovun doğmalarına yaxınlarına

 

Uşaq gənclər ədəbiyyatının klassiki, görkəmli ictimai xadim, Azərbaycan xalqının böyük dostu Albert Anatolyeviç Lixanovun vəfatı xəbəri məni dərindən kədərləndirdi.

Hərtərəfli şəxsiyyət, istedadlı yazıçı pedaqoq, bütün həyatını uşaqların müdafiəsi dəstəklənməsi kimi nəcib missiyaya, böyüməkdə olan nəslin mənəvi tərbiyəsinə həsr etmiş geniş qəlbli insan aramızdan getdi. Albert Anatolyeviçin Rusiya Uşaq Fondunun rəhbəri vəzifəsində uzun illər boyu fədakarcasına fəaliyyəti təkcə Rusiyada deyil, bütün dünyada hamının hörmətini rəğbətini qazanmışdır.

Albert Anatolyeviçin Heydər Əlirza oğlu Əliyev ilə birgə işinə qayğıkeş münasibətini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər. Bu birgə nəticəsində Sovet Uşaq Fondu yaradılıb. Ölkəmizin əsl dostu olan Albert Lixanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib.

Bu gözəl insanın, görkəmli şəxsiyyətin xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Bu əvəzolunmaz itki ilə əlaqədar səmimi başsağlığımı qəbul edin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.2.