“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 fevral tarixli 1974 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 fevral tarixli 1974 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 155; 2014, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 1, maddə 85, ¹ 8, maddə 1521; 2018, ¹ 5, maddə 1021) aşağıdakı dəyişikliklər edilsin:

1.  1-ci hissə üzrə:

1.1.“Komissiyanın sədri” hissəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri “Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri  sözləri ilə əvəz edilsin;

1.2. “Komissiyanın üzvləri” hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin;

1.3. “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru” sözlərindən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilsin.

2.2-ci hissədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

3.3.1-ci bənddə və 4-cü hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.6.