Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə

 

Maddə 1. Təltif edilən şəxslər

 

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasında müdafiə sənayesi fəaliyyətinin təşkili, inkişafı möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.

 

Maddə 2. Təltif edən orqan

 

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

 

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden medalları olduqda, onlardan sonra taxılır.

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.6.