Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin, ölkələrimizinbir millət, iki dövlətprinsipi ilə inkişaf edən əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi Dərnəyi adından Sizə yubileyiniz münasibətilə səmimi təbriklərimizi, cansağlığı, xoşbəxtlik arzularımızı çatdırırıq.

Siz Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə bizə böyük sevinc qürur hissi yaşatdınız. Eyni zamanda, Müzəffər Ali Baş Komandan kimi adınızı əbədi olaraq Azərbaycanın tarixinə həkk etdiniz.

Cənab Prezident, Sizə dərin hörmət ehtiramımızı bildiririk.

 

Hörmətlə,

Bilal Dündar

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının fəxri sədri,

Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi Dərnəyinin sədri

Azərbaycan.-2021.- 30 dekabr.- S.3.