Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

Müdafiə sənayesi sahəsində əməkdaşlığa görəAzərbaycan Respublikasının

medalı haqqında ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

 

 Müdafiə sənayesi sahəsində əməkdaşlığa görəAzərbaycan Respublikasının medalı ilə müdafiə sənayesi sahəsində səmərəli əməkdaşlığa, mühüm layihələrin hazırlanmasında həyata keçirilməsində fəal iştiraka, habelə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının xarici ölkələrin dövlət digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.

 

Maddə 2. Təltif edən orqan

 

Müdafiə sənayesi sahəsində əməkdaşlığa görəAzərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

 

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.6.