Ağlı-qaralı ekran həyatı

 

Bakıda lentə alınan “Bibiheybətdə neft fontanı” Azərbaycanda kino sənətinin əsasını qoyub

 

Kino həyatımızın bir parçasını özündə əks etdirdiyi üçün onu uşaqdan-böyüyə hər kəs sevir. Kino körpə uşaq kimi əvvəlcə “danışa bilmirdi”. Bundan başqa, bir çoxları kinonun yaranması ilə teatrın məhv olacağını düşünürdü. Lakin həyat bu ehtimalı puça çıxardı. Siyasətçilər kinonun böyük gücə malik olmasını daha tez anladılar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər.

Beləliklə, dünyada ilk kino yaradıldı və onunad günüheç də təsadüfən ilin sonuna, daha doğrusu, dekabrın 28-nə düşmədi. İllərdir ki, həmin tarix Beynəlxalq Kino Günü kimi qeyd olunur. Səbəbinə gəlincə, 1895-ci il dekabrın 28-də LuiOqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında  qısametrajlığı ilə yadda qalan 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” filmiolub.

Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyilolmayacaq, ona maraq tezliklə sönəcək. Lakin sonralar bəşəriyyət xronikisinematoqraf xəstəliyinə tutuldu...”

Azərbaycanda da kinoya həmişə böyük maraq olub. Əvvəlcə tarixə nəzər salaq. Azərbaycan Şərqlə Qərb mədəniyyətlərinin qovuşduğu məkan kimi daim diqqət mərkəzində olub. Böyük İpək yolu üzərində yerləşməsi, buradaqara qızıl”ın üzə çıxması uzaq məmləkətlərdən ölkəmizə insan axını yaradıb. Həmin dövrlərdə Azərbaycana artan maraq təbii idi. Ən diqqətçəkən məqam isə Fransada ixtira edilən sinematoqrafiyanın çox keçmədən Bakıda peyda olması idi. Neft Bakısında yerli həyat tərzindən bəhs edən müxtəlif mövzulu ilk kinosüjetlərin çəkilməsi bir daha Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsi anlamını verirdi. 1898-ci il yanvarın 8-də Bakıda ilk dəfə olaraq xarici filmlər göstərilib. Həmin il iyun ayının 21-də isə paytaxtda Vasili Vyatskinin teatr-sirkində Bakı həyatından bəhs edən “Şəhər bağında xalq gəzintisi”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “QafqazMerkuri” Cəmiyyətinə məxsus gəminin yola salınması” və “Bazar küçəsi sübhçağı” kinosüjetləri göstərilib. 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Kino Sərgisində nümayiş etdirilən həmin filmdə, eləcə də sonralar ekranlaşdırılmış əsərlərin ayrı-ayrı epizodlarında böyük sənətkarlıq nümunəsi yaradan səhnə və ekran fədailərinin adları dillərdə əzbərə çevrilib. Neftmilyonlar səltənətində”, “Mavi dənizin sahillərində”, “Kəndlilər”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə”, “Şərikli çörək”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Bir cənub şəhərində”, “İstintaq”, “Babək”, “Dənizi fəth edənlər”, “Xəzər neftçiləri haqqında dastan” və s. kimi filmlər xalqımızın yaddaşında qalmaqla yanaşı, dünya kinosevərlərinin unutmadığı ekran əsərləri sırasında da yer alıb. Onlar habelə keçmiş SSRİ məkanında, həmçinin Avropa, Yaxın və Uzaq Şərqdə maraqla qarşılanaraq, müxtəlif beynəlxalq kinofestivalların mükafatına layiq görülüb, kinematoqrafiyanın inkişafında mühüm əhəmiyyət daşıyıblar.

Əlbəttə, zaman keçdikcə, Azərbaycanda kinoya maraq artdıqca, ona dövlət qayğısı da unudulmayıb. Bu da xüsusən Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu hər iki dövrə və son illərə təsadüf edir. Ulu Öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə hər il avqustun 2-si Azərbaycan Kinosu Günü kimi qeyd edilir. Milli kinomuzun ötən dövrlər ərzində bir çox uğurlara nail olması ürəkaçandır.

Kinematoqrafçıların dəstəyi, rejissorlarla aktyorların sənət yanğısı ilə çəkilmiş “Nakəs”, “Qətl günü” “Pəncərə”, “Təhminə”, “Dağıdılmış körpü”, “Yuxu”, “Vahimə”, “Nə gözəldir bu dünya”, “Yük” və digər filmlərimiz tamaşaçı qəlbinə yol tapan ekran əsərləri sırasındadır.

Filmlərimizin beynəlxalq kinofestivallarda qazandığı uğurlar onların dünyanın ən aparıcı kinoteatrlarının salonlarında nümayişinə səbəb olub.

2006-2010-cu illərdə Azərbaycan filmləri 40-a yaxın ölkədə 90-dan artıq beynəlxalq festivalda iştirak edib. Son illər çəkilən “Çalış, nəfəs alma”, “Lal çinar”, “Qanadlarıma sığal çək”, “Yalançılar” və s. qısametrajlı filmlər də məhz bu sıradandır.

Azərbaycan kinosunun uzunömürlülüyündə korifey sənətkarlarımızın xidmətləri danılmazdır. Xalqımızın bu sahədə əvəzsiz xidmətləri ilə qəlbini ofsunlayan Həsən Seyidbəylini, Adil İsgəndərovu, Ələsgər Ələkbərovu, Lütfəli Abdullayevi, Bəşir Səfəroğlunu, Muxtar Dadaşovu, Əliağa Ağayevi, Səməndər Rzayevi, Həsən Əblucu, Hamlet Xanızadəni, Nəsibə Zeynalovanı, Leyla Bədirbəylini, Amalya Pənahovanı, Mikayıl Mirzəni, Rasim Balayevi, Fuad Poladovu, Ramiz Məlikovu, Sənubər İsgəndərlini və eləcə də adlarını sadalaya bilmədiyimiz yüzlərlə gənc və peşəkar sənət fədaisini xatırlamaq yerinə düşərdi. Son illər kinoya  dövlət qayğısı, bu sahənin korifey sənətkarına diqqət müxtəlif formada özünü göstərir. Məsələn, kino xadimlərinin xatirə gecələrinin keçirilməsi də bir daha dövlətimizin və onun başçısının adıçəkilən sahənin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunəsidir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.11.