Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularmı bildirirəm. Sizə möhkəm cansağlığı, ailə səadəti və müstəqil Azərbaycanımızın tərəqqisi, firavanlığı, Qarabağda quruculuq işləri naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Cənab Prezident, bu gün Gürcüstan ilə Azərbaycan arasındakı dostluq, mehriban qonşuluqstrateji tərəfdaşlıq münasibətləri biz Gürcüstan azərbaycanlılarını, eləcə də gürcü ictimaiyyətini hədsiz dərəcədə sevindirir. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycanın inkişafı, qüdrətlənməsi, eyni zamanda, dünyadaregionda etibarlı tərəfdaş kimi qəbul olunması Sizin adınızla bağlıdır. Gürcüstanda yaşayan minlərlə azərbaycanlı gənc Sizin göstərişiniz və dəstəyinizlə bu ölkənin ali təhsil müəssisələrində təhsil alır və müasir gürcü cəmiyyətinə inteqrasiya edir.

Hörmətli cənab Prezident, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan kimi qazandığınız şanlı və tarixi Qələbə Cənubi Qafqazda əməkdaşlıq, sülh və davamlı inkişaf üçün yeni münasibətlərin təməlini qoymuşdur. Sizin uzaqgörən siyasətiniz nəticəsində ordumuzun gücü və qüdrəti, xalqımızın birliyi Qarabağı bizə qovuşdurdu.

Möhtərəm Prezident, Sizi bir daha yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə xoşbəxt, firavan həyat, Odlar Yurdu Azərbaycanınızın inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Biz birlikdə güclüyük!

Dərin hörmətlə,

 

Məhəbbət İmanov

Gürcüstanda fəaliyyət göstərən “Borçalı-İrəli”

İctimai Birliyinin İdarə Heyətinin sədri

 

Azərbaycan.- 2021.- 31 dekabr.- S.3.