Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Rusiyanın Rostov vilayətindəki Azərbaycan diasporunun üzvləri adından Sizi yubileyiniz münasibətilə təbrik edirəm.

Bu gün Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyubbu, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin başlatdığı işlərin layiqli davamçısı kimi Sizin xidmətlərinizdir.

Biz, Rostov vilayətində yaşayan azərbaycanlılar şahidik ki, Siz təkcə Azərbaycan vətəndaşlarının deyil, həm də xaricdə yaşayan soydaşlarımızın qayğısına qalırsınız. 1980-ci ildə ulu öndər Heydər Əliyevin sayəsində ərsəyə gəlmiş, 2011-ci ildə Sizin dəstəyinizlə təmir olunmuş və azərbaycanlılar üçün də müqəddəs məkana, millətlərarası dostluğun simvoluna çevrilmişSambek yüksəklikləri” hərbi-tarixi muzey kompleksi bu qayğının bariz nümunəsidir.

Azərbaycanın, onun vətəndaşlarının və xaricdəki soydaşlarımızın rifahı naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, tükənməz enerji arzulayırıq.

Hörmətlə,

 

Fuad İbrahimov

Rusiyanın Rostov vilayətindəki Azərbaycan

diasporunun nümayəndəsi

 

Azərbaycan.- 2021.- 31 dekabr.- S.3.