Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 17, ¹ 5, maddə 323; 2002, ¹ 5, maddə 236; 2003, ¹ 1, maddələr 23, 24, ¹ 6, maddə 279; 2004, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761; 2005, ¹ 4, maddələr 277, 278; 2006, ¹ 2, maddə 64, ¹ 12, maddə 1006; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə 68, ¹ 5, maddə 439, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1046; 2009, ¹ 6, maddə 402; 2010, ¹ 2, maddə 75, ¹ 4, maddə 276; 2011, ¹ 6, maddələr 471, 476, ¹ 7, maddələr 583, 619, ¹ 12, maddələr 1096, 1105; 2012, ¹ 5, maddə 411, ¹ 6, maddə 511; 2013, ¹ 5, maddə 472, ¹ 6, maddə 625, ¹ 11, maddələr 1266, 1307; 2015, ¹ 6, maddə 677, ¹ 12, maddə 1435; 2016, ¹ 5, maddə 836, ¹ 6, maddə 1016, ¹ 11, maddələr 1761, 1763, ¹ 12, maddə 2047; 2017, ¹ 2, maddə 155, ¹ 4, maddə 523, ¹ 5, maddələr 706, 750, ¹ 11, maddələr 1935, 1975; 2018, ¹ 5, maddə 879, ¹ 8, maddə 1672, ¹ 11, maddələr 2209, 2225, ¹ 12 (I kitab), maddələr 2524, 2534; 2019, ¹ 1, maddə 23, ¹ 5, maddələr 792, 812, ¹ 7, maddə 1197, ¹ 12, maddələr 1897, 1907; 2020, ¹ 7, maddə 832, ¹ 11, maddə 1333; 2021, ¹ 4, maddə 309, ¹ 7, maddələr 711, 713, ¹ 8, maddə 894) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 305.1.16-cı maddəyə “internet” sözündən əvvəl “yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya” sözləri əlavə edilsin;

1.2. 40-6-cı fəslin adında “İnternetsözü “Yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet” sözləri ilə əvəz edilsin;

1.3. 355-20.1-ci və 355-21-ci maddələrdə “internet informasiya ehtiyatına” sözləri “yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə” sözləri ilə əvəz edilsin;

1.4. 355-20.2-ci və 355-22.4-cü maddələrdə “İnternet informasiya ehtiyatına” sözləri “Yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə” sözləri ilə əvəz edilsin;

1.5. 355-22.1-ci maddədə “İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizəyə” sözləri “Ərizə” sözü ilə əvəz edilsin, “sonra” sözündən sonraonasözü əlavə edilsin.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 31 dekabr.- S.22.