Atçılıq haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 457-VIQD nömrəli Qanununun tətbiqi və Atçılıq haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, Atçılıq haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 457-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Atçılıq haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, 5, maddə 462; 2010, 5, maddə 402; 2017, 1, maddə 34) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənddə , 30.3-cü və 31.3-cü sözləri və 30.3-cü sözləri ilə əvəz edilsin;

1.2. 2.3-cü bənddə Vergilər sözü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat sözləri ilə əvəz edilsin;

1.3. 2.4-cü bənd ləğv edilsin.

2.Azərbaycan Respublikasının Nazirlər Kabineti Atçılıq haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 457-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 31 dekabr.- S. 6.