“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 453-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 453-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 610; 2001, ¹ 10, maddə 646; 2002, ¹ 5, maddələr 273, 279, ¹ 7, maddə 413, ¹ 8, maddə 478, ¹ 9, maddə 563; 2003, ¹ 8, maddə 434; 2004, ¹ 1, maddə 19, ¹ 5, maddə 345; 2005, ¹ 1, maddə 18, ¹ 4, maddə 299, ¹ 9, maddə 799, ¹ 12, maddə 1101; 2006, ¹ 8, maddə 676, ¹ 11, maddə 935; 2007, ¹ 1, maddə 10, ¹ 3, maddə 223, ¹ 9, maddə 865, ¹ 12, maddə 1247; 2008, ¹ 1, maddələr 7, 10; 2009, ¹ 7, maddələr 531, 534; 2010, ¹ 7, maddə 615; 2011, ¹ 11, maddə 999; 2013, ¹ 5, maddə 509, ¹ 6, maddə 649, ¹ 8, maddə 900; 2014, ¹ 4, maddə 348, ¹ 6, maddə 625; 2015, ¹ 12, maddələr 1450, 1461; 2016, ¹ 4, maddələr 667, 669, ¹ 10, maddə 1644; 2017, ¹ 3, maddə 353, ¹ 5, maddə 814, ¹ 7, maddə 1321; 2018, ¹ 3, maddə 444, ¹ 4, maddə 680, ¹ 6, maddə 1219, ¹ 9, maddələr 1824, 1832, ¹ 10, maddə 2004, ¹ 11, maddə 2271; 2019, ¹ 4, maddə 648, ¹ 7, maddə 1241; 2020, ¹ 7, maddə 883, ¹ 11, maddələr 1345, 1356; 2021, ¹ 6 ( I kitab), maddə 565) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissə üzrə:

1.1.1. ikinci abzasda “242–246” rəqəmləri “242–244, 245–246” rəqəmləri ilə əvəz edilsin;

1.1.2. on altıncı abzas aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə – bu işi başlamış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ya daxili işlər (polis) orqanları.”;

1.2. 4-cü hissədən “192-1-ci (Lotereyaların idman mərc oyunlarının təşkili ya keçirilməsi qaydalarının pozulması),” sözləri çıxarılsın, həmin hissədə “ 213-1-ci” sözləri “, 213-1-ci” sözləri ilə, hər iki halda “Respublikası Vergilər” sözləri “Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz olunsun “maddələri” sözündən əvvəl “ 244-1 (Qumar oyunlarının təşkili ya keçirilməsisözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 453-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 31 dekabr.- S.7.