Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 6, maddə 1050, ¹ 12, maddə 1939; 2020, ¹ 5, maddə 551; 2021, ¹ 3, maddə 224, ¹ 6 (I kitab), maddə 576, ¹ 9, maddə 976) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.2-ci bəndə “kənd təsərrüfatı təyinatlı” sözlərindən sonra “, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan” sözləri əlavə edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” üzrə:

1.2.1. 1.2.8-ci yarımbəndə “vasitələrinin” sözündən sonra “, habelə müasir suvarma sistemlərinin və dirəklərin” sözləri əlavə edilsin;

1.2.2. 1.2.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.2.9. əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya;”;

1.2.3. 1.2.10-cu yarımbənddən “əkin subsidiyasına əlavə olaraq” sözləri çıxarılsın;

1.2.4. 1.2.16-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.2.17-ci yarımbənd əlavə edilsin:

“1.2.17. vahid əkin sahəsi ‒ fermerlərin istifadəsində olanonlar tərəfindən seçilmiş vahid bitkinin becərilməsinə qərar verilən qonşu əkin yerləri.”;

1.2.5. 2.4.1-ci yarımbəndə “tətbiqi üçün” sözlərindən sonravahid əkin sahəsi elan edilən yerlərin siyahısının,” sözləri əlavə edilsin;

1.2.6. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.7. Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir.”;

1.2.7. 2.9.2-ci yarımbəndə “kənd təsərrüfatı təyinatlı” sözlərindən sonra “, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan” sözləri əlavə edilsin;

1.2.8. 3.1-ci bənd üzrə:

1. birinci abzasdan “(eyni ildə ikidaha çox əkin aparılması halında təqvim ilinin əvvəlindən ilk bəyan edilən bitki növü üzrə)” sözləri çıxarılsın;

2. ikinci abzasa “bitkilər,” sözündən sonravahid əkin sahələri,” sözləri əlavə edilsin;

1.2.9. 3.8.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə NazirliyininElektron notariatinformasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi;”;

1.2.10. aşağıdakı məzmunda 3.8.2-1-ci yarımbənd əlavə edilsin:

“3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri;”;

1.2.11. 3.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.12. Əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcudyeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edirsubsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) günü müddətində fermerin kart hesabına köçürülürbu barədə fermerə məlumat (SMS, elektron poçtya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür.”;

1.2.12. 3.13-cü bənddə “istehsalın təşkili məqsədilə” sözləri “əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqi qaydalarını iki ay müddətində təsdiq etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 31 dekabr.- S.23.