Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 2016-cı il 29 mart tarixli 1932 nömrəli, Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli, Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 2017-ci il 20 fevral tarixli 2677 nömrəli, Bakı Prosesinin 10-cu ildönümünün qeyd edilməsi haqqında 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli, Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli və Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında 2018-ci il 28 fevral tarixli 3722 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, 3, maddə 572) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından, preambuladan, 1-ci hissədən (hər üç halda), 2-ci hissədən və 3-cü hissədən (hər dörd halda) və Turizm sözləri çıxarılsın;

1.2. 2.1 - 2.15-ci bəndlərdən və Turizm və və turizm sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, 9, maddə 1492; 2017, 4, maddə 603; 2018, 9, maddə 1840, 12 (II kitab), maddə 2698) 3.3-cü, 3.5-ci, 3.6-cı bəndlərində və 4-cü hissəsində ismin müvafiq hallarında Mədəniyyət və Turizm Nazirliyi sözləri ismin müvafiq hallarında Dövlət Turizm Agentliyi sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 2677 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, 2, maddə 254; 2018, 8, maddə 1678) 6-cı hissəsində Mədəniyyət və Turizm Nazirliyi sözləri Dövlət Turizm Agentliyi sözləri ilə əvəz edilsin.

4. Bakı Prosesinin 10-cu ildönümünün qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, 11, maddə 2101) 2-ci hissəsindən və Turizm sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, 11, maddə 2115; 2018, 11, maddə 2287; 2019, 5, maddə 909) ilə təsdiq edilmiş Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramının 8.5.2-ci yarımbəndinin İcraçılar sütunundanTurizm sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 3722 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, 2, maddə 325, 12 (I kitab), maddə 2601) ilə təsdiq edilmiş Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının 7.1.2-ci, 7.1.6-cı, 7.1.8-ci, 7.1.9-cu, 7.2.12-ci, 7.4.1-ci və 7.4.2-ci yarımbəndlərinin İcraçılar sütunundan və Turizm sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2021-ci il

Azərbaycan.-2021.- 2 fevral.- S.5.