Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

 

 

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati digər təxirəsalınmaz məsələlərin həlli, eləcə bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.

 

AZƏRTAC xəbər verir ki, iclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlar müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun həyata keçirilən işlər haqqında iclas iştirakçılarına məlumat verib. O qeyd edib ki, milli əhəmiyyət kəsb edən bərpa yenidənqurma işlərinin dinamik keyfiyyətli icra edilməsi, habelə bu proseslərdə ən qabaqcıl standart texnologiyaların səmərəli tətbiqi ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir.

 

Samir Nuriyev dövlətimizin başçısının tapşırıqları əsasında müvafiq qurumlar tərəfindən həyata keçirilən işlərin əlaqələndirilmiş ardıcıllığa uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 

İclasda Qərargah tərəfindən hazırlanmış Strateji Fəaliyyət Planı Tədbirlər Planı əsasında nazirlik dövlət təşkilatları tərəfindən vaxt qrafikinə uyğun olaraq görülməli işlər nəzərdən keçirilib.

 

17 istiqamət üzrə işçi qruplarının fəaliyyət göstərdiyi mərkəzdə hazırda 55 qurum 150-yə yaxın əməkdaş təmsil olunur. Mərkəzin fəaliyyətinə daimi əsasda təhkim edilmiş şəxslərlə bərabər konkret mövzu tapşırıqların icrası məqsədilə ekspertlər cəlb edilib.

 

İclasda Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin, işğaldan azad edilmiş ərazilərə qayıdış, ətraf mühitin qorunması enerji təminatı, şəhid ailələri Vətən müharibəsi iştirakçılarının sosial təminatı, şəhərsalma, nəqliyyat-infrastruktur digər istiqamətlərdə fəaliyyət göstərən işçi qruplarının məruzələri dinlənilib, qaldırılan məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb zəruri tapşırıqlar verilib.

 

 

Azərbaycan. - 2021.- 5 fevral.- S.2.