Azərbaycanın multikulturalizm siyasətinin uğurları

 

 

Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub. Dinietnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə çevrilib. Respublikamız indi də dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi eyni funksiyanı yerinə yetirir. Bu gün Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına, döyüş meydanlarında qələbələrinə görə deyil, eyni zamanda vicdan azadlığının və multikultural mühitin təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunmasına görə regionun lider dövlətidir.

Müstəqilliyimiz bərpa olunduqdan sonra ölkəmizdəki dini dözümlülük, bütövlükdə tolerantlıq mühiti və mədəniyyəti Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Ölkə vətəndaşlarının vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, eyni zamandaDini etiqad azadlığı haqqında” qanunda daha müfəssəl şəkildə təsbit olunub.

Son illərdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında Prezident İlham Əliyevin xidmətləri misilsizdir. Dövlət başçısının uğurlu siyasəti sayəsində xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Məhz görülən işlərin nəticəsidir ki, ölkədəki dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənib, müxtəliflik harmoniyası qorunub saxlanılıb və daha da möhkəmləndirilib.

Ölkədə fəaliyyət göstərən konfessiya rəhbərləri Azərbaycandakı tolerantlıq mühitini, dövlət başçısının dindarlara diqqət və qayğısını açıq ifadə ediblər. Onlar ölkə əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, digər dinlərin də mədəni abidələrinin qorunduğunu, yeni ibadət məkanlarının tikildiyini vurğulayıblar.

Azərbaycan uzun illərdir ki, müxtəlif beynəlxalq konfranslara evsahibliyi edir. Prezident İlham Əliyevin çıxışlarında Azərbaycanın multikultural dəyərləri həmişə yüksək qiymətləndirilir: “Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz AvropaAsiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayıb. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruqmultikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələr və fikir mübadiləsinə ehtiyac var. Təəssüflər olsun ki, hazırda dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Bu səbəbdən ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli olduğunu açıq və səmimi şəkildə müzakirə etməliyik. Gərginliyin, nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir”.

Multikulturalizm dünyadaya hər hansı dövlətdə mədəni müxtəlifliklərin qorunub saxlanılmasına və inkişafına yönəlmiş nəzəriyyədir, siyasətdir.

Avropanın multikulturalizmin iflasa uğradığını qəbul və bəyan etdiyi - hətta bunu dövlət xadimlərinin dilindən də eşitmişik - müasir dövrdə dövlətimizin bu istiqamətdə nümayiş etdirdiyi nümunəvi mövqenin xarici qonaqlar, bu sahənin ekspertləri, araşdırmaçılar, sosioloqpolitoloqlar tərəfindən rəğbətlə qarşılanması bir daha doğru yolda olduğumuzu sübut edir. Bu fakt həm də onu göstərir ki, Qərb intellektualları özləri hələ multikulturalizm anlayışını detallı şəkildə müəyyənləşdirməmişlər. Yaxud bu terminə öz dünyagörüşləri, siyasi baxışları, həmçinin seçkiqabağı platformaların “dekorasiyası” qismində yanaşmışlar. Halbuki Azərbaycan nümunəsi də təsdiq edir ki, multikulturalizm siyasətinin əsasında üç əsas prinsip dayanmalıdır:

 

- dövlət bütövlükdə plüralizmi, o cümlədən mədəni plüralizmi təmin etməlidir;

 

- hətta ən kiçik mədəni qrupların sosiallaşmasına mane olan əngəllər aradan qaldırılmalıdır;

 

- müxtəlif mədəniyyətlərin yenidən dirçəlməsi və inkişafı dəstəklənməlidir.

 

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixibu ənənələrin inkişafı təşkil edir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində yaşayan digər xalqların və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir.

Bu gün Azərbaycanda 115 azsaylı xalq yaşayır. Ancaq heç bir zaman xalqlar arasında qarşıdurma və ya hər hansı bir problem yaşanmayıb. Dövlətin uğurlu siyasəti nəticəsində azsaylı xalqların Azərbaycanda yaşayışı, inkişafı və təhlükəsizliyi tam şəkildə təmin olunub. Hazırda Azərbaycan ərazisində məskunlaşmış xalqların dilləri əsasən dörd böyük dil ailəsinə - türk, Şimali Qafqaz, Hind-Avropakartvel dil ailələrinə mənsub olsa da, ölkədəki müasir etnolinqvistik durumda dominantlıq türk dillərinin oğuz qrupuna daxil edilən Azərbaycan dilinə məxsusdur.

Ölkənin əsas əhalisini (90%-dən çoxunu) Azərbaycan türkləri təşkil edir. Azərbaycan türklərinin ölkədə yaşayan xalqlar arasında birləşdirici rol oynaması xüsusilə vurğulanmalıdır. Ərazi birliyi, oxşar ictimai-iqtisadi, coğrafitarixi şərait Azərbaycan türklərinin və azsaylı xalqların məişət və mədəniyyətlərində, adət-ənənələrində ümumi cəhətlərin formalaşmasına səbəb olmuşdur. Burada xalqlar arasında gedən intensiv ticarət-iqtisadi və etno-mədəni əlaqələr də az rol oynamamışdır.

Ölkəmizdə azsaylı xalqlar öz dillərində qəzet və jurnallar nəşr etdirir, təşkilatlarını qururlar.

Bakıda S.Vurğun adına Rus Dövlət Dram Teatrı ilə yanaşı, respublikanın bir çox aparıcı teatrında rus truppaları, Lənkəranda Dövlət Dram Teatrı, Qusarda Ləzgi Dövlət Dram Teatrı, Qaxda Gürcü Dövlət Teatrı, o cümlədən Bakı şəhərində və Azərbaycanın bir sıra bölgələrində milli azlıqların 40-dan çox musiqifolklor kollektivi fəaliyyət göstərir.

Azərbaycanın orta ümumtəhsil məktəblərində tədris 3 dildə - Azərbaycan, rusgürcü dillərində aparılır. Milli azlıqların sıx yaşadıqları rayonların orta məktəblərində (ibtidai siniflərdə) ana dili dərslərinin tədrisi (avar, kürd, ləzgi, talış, saxur, tat, udi, xınalıq, ivrit dillərində) təşkil olunmuş, milli dillərdə dərsliklər və proqramlar tərtib edilmişdir. Dövlət vəsaiti hesabına rus, avar, talış, kürd, ləzgi, saxur, tat, udi, xınalıq və s. dillərdə əlifbalar, tədris proqramları və digər dərsliklər, məktəbli lüğətləri çap olunurbu mütəmadi olaraq davam etdirilir.

Hazırda Azərbaycanda təlim yalnız rus dilində olan 16 və təlim yalnız gürcü dilində olan 6 orta ümumtəhsil məktəbi, 345 beynəlmiləl orta məktəb (Azərbaycan-rus, Azərbaycan-gürcü, Azərbaycan-rus-gürcü dillərində) fəaliyyət göstərir.

 

2003-cü ildən Bakıda ivriti, yəhudi tarixi və mədəniyyətini tədris edən özəl yəhudi orta məktəbi açılmış, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ivrit dilinin tədrisi təşkil edilmişdir.

Tarixboyu bu bölgədə dinc və qardaşlıq şəraitində yaşayan millətlər daim Azərbaycanın inkişafı, sabitliyi və ərazi bütövlüyü uğrunda əllərindən gələni əsirgəməmişlər.

Azərbaycanda dini azadlıqlar lazımi qədər qorunur. Ölkəmiz zərdüştiliyin, Qafqazda xristianlığın ilk beşiyi olması ilə yanaşı, həm də islamın geniş yayıldığı bir ölkədir. Paytaxt Bakıda bir-birinə yaxın yerləşən həm məscid, həm kilsə, həm də sinaqoq görmək mümkündür. Azərbaycanın tarixi dini abidələrinə qarşı erməni terrorunun nəticələrinin şahidi olsaq da, Bakının mərkəzində erməni kilsəsinin ən müasir üslubda təmiri, qorunması dövlətimizin və millətimizin xoş məramının açıq nümunəsidir. Bəlkə də dünyanın əksər şəhərlərində belə bir tolerantlıq nümunəsi görmək mümkün deyil. Bakı isə bu mənada tarixə iz qoyan şəhərlər siyahısındadır.

2020-ci ilin 27 sentyabrından etibarən başlamış Vətən müharibəsi gedişində ölkəmizin varlığına qısqanclıqla yanaşan açıq və gizli düşmənlərimizin ən çox düşündükləri məsələlərdən biri də Azərbaycanın çoxmilli, çoxkonfessiyalı bir ölkə olması idi. Onlar ümid edirdilər ki, ölkəmizdə yaşayan millidini azlıqlar İkinci Qarabağ müharibəsində savaşmaqdan imtina edəcək və ölkəmizdə Birinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı qısa bir zamanda olduğu kimi, çaxnaşma, milli-dini qarşıdurma yaşanacaq. Qeyd etmək lazımdır ki, buarzu və istəklər” sadəcə Ermənistan Respublikasında deyil, bəzi dövlətlərdə də yaşanırdı. Lakin zaman bunun tamamilə əksini göstərdi. Döyüşlərdə yüzlərlə Azərbaycan vətəndaşı olan etnik azlıqlar, yəhudilər, xristianlar fədakarlıq nümayiş etdirdilər, canlarından, qanlarından keçdilər və nəticədə bayrağımız Şuşada dalğalandı. Bu milli-dini birlik və bərabəriyin arxasında 30 illik bir siyasi iradənin, Heydər Əliyev, İlham Əliyev kimi böyük liderlərin uğurlu siyasətinin və səmimiyyətinin dayandığı şübhəsizdir.

 

 

Emin ƏLİYEV,

ictimai fəal

Azərbaycan.-2021.- 7 fevral.- S.7.